torpaqdan ev/kor zabit - orkhan zeynalli lyrics
[bənd 1: orkhan zeynalli]
salam, əsgər! danışır vətən
sağ ol ki, varsan!
bünövrəsi millət olan evdə sən, bil ki, divarsan
həm oğulsan, həm ata
həm qardaş, həm də ki yarsan
bilirdim, gələcəksən
30 ildir, tərk*i diyarsan
döyüşə gedir igidlər
gedir ömürlük burada
əmrini verir komandir
qışqırır bölük burada
’92 fevralında qar içində qaçan körpələr
əridib buzlar içində
böyüyüb dönüb qurda
döyüşə gedir igidlər
qulaqlarında “dəyirman * ya qarabağ, ya ölüm”
“kor zabit”, “okaber * taboo”
“guantanamero”, “marş”
“igid əsgər * şəmistan”
sənə hər an can qurban
sən olasan gülüstan
nigaran ananın göz qapaqlarında gir, islan
əllərindən öpürəm, ana
qəlbində bitsin üsyan
doğsun günəş camalında
kəsilsin əbədi leysan
oğlun bitirdi hicranı
evinə dönür, gör, neçə insan
[nəqərat]
kor zabit, onun gözlərini onun torpağı alıb
kor zabit narahatdır, çünki hələ qisas qalıb
kor zabit müdrikdir, inanır, vaxt gələcək
kor gözləri torpaqlar qayıdandan sonra görəcək
kor zabit, onun gözlərini onun torpağı alıb
kor zabit narahatdır, çünki hələ qisas qalıb
kor zabit müdrikdir, inanır, vaxt gələcək
kor gözləri torpaqlar qayıdandan sonra görəcək
[bənd 2: uran]
93*cü illər, döyüşlər, ağdam
axıdılan bir qram qan
bir parça torpaq deməkdir
bunu döyüşən hər adam yaxşı başa düşür
müharibə meydanında, adətən
ölüm və həyat mələkləri görüşər
qanlı döyüşlərin birində
partlayan mərmidən qopan qəlpədən
biri bu zabiti edir kor
o fikirləşir, ya gör, ya da belə yaşamaq olmaz
göz azadlıqdır, qanadsız quş havada qalmaz
hərbi hospital, 1 saat cərrahiyyə əməliyyatı
insan mənəviyyatı, insan iradəsi
bu əməliyyatın hər dəqiqəsi
işıqla qaranlığın mübarizəsi
insanla ölümün, nuru qayıtmır zabit gözünün
qayıdır ürəyi, həyat enerjisi, çox şükür
cərrah həkim bunu etmək üçün yaman tər tökür
amma tale döyüşdə, adətən, çox qəddar
zabit çıxır hospitaldan, əldə əsas ona həmkar
çox həkim ümid verir
çox həkim deyir: “o görəcək”
hamı fikirləşir: “zabit sevinəcək bunları eşidib’’
düzdür, dövlət ona verib
təltiflər və medallar
zabitə isə lazımdır
gözünü alan torpaqlar
satqınçılıqla verilən yerlər
mənfəətlə birləşən göylər
alçaqlıq, ikiüzlülük
bunlar qalacaq kor zabitin yaddaşında ömürlük
biz insanlar bəzən görərək
ürəyimiz döyünərək yaşamırıq, ölürük
[nəqərat]
kor zabit, onun gözlərini onun torpağı alıb
kor zabit narahatdır, çünki hələ qisas qalıb
kor zabit müdrikdir, inanır, vaxt gələcək
kor gözləri torpaqlar qayıdandan sonra görəcək
kor zabit, onun gözlərini onun torpağı alıb
kor zabit narahatdır, çünki hələ qisas qalıb
kor zabit müdrikdir, inanır, vaxt gələcək
kor gözləri torpaqlar qayıdandan sonra görəcək
[bənd 3: uran]
bir gün oğul nəsə deyir zabit atasına
dediyi sözlər duz tökür veteran zabitin yarasına
həyat ağrılarının hamısına dözən zabitə gəlir qəribə
yeni nəslin bu səhv düşüncəsi
oğul deyir: “müharibə başlayarsa
əgər birisi gizlənir”
başqasının ölüsü, dirisi
haqdan xəbəri yox
onda hanı vətənpərvərlik?
hanı milliyyətçilik hissi?
belə şeylər, əziz atam
öldürmürmü həvəsi?
kor zabit qalxır ayağa ot*rduğu yerdən
sol əli əsir, damla yaş çıxır gözündən
birdən bədəni əsir əsəbdən
oğul peşmandır suala
ağsaqqal gözlərin göstərib deyir
məni bu hala salan mənim mənliyim
mənim vicdanımdır, halaldır qanım
bu torpağa görə şikəst canım
qeyrətim bayrağımdır
ürəyim azərbaycanın
ölüm, külə dönüm, yanım
məhv olum, solum*sağım olsun
milliliyini danan zibillər
amma bu ellər götürüb silah dönəcək yenə səngərə
əgər hərə çəkilsə bir qırağa
onda qarabağa və digər torpaqlara
axı kim olacaq cavabdeh?
ancaq səfeh insanlar bu dünyada özün düşünür
yaxşı ki, gözlərim görmür, lakin qəlb döyünür
mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq
gözlərim cəhənnəmə
əsas azərbaycan yaşayacaq!
[nəqərat]
qoyulmayacaq qərənfillər daha cüt say, qarabağ
bitir soyuq qış, üfüqdə görünür yay, qarabağ
dе, varmı gözəlliyinə bu cahanda tay, qarabağ?
olmaz bir qarışından düşmənə pay, qarabağ
kor zabit, onun gözlərini onun torpağı alıb
kor zabit narahatdır, çünki hələ qisas qalıb
kor zabit müdrikdir, inanır, vaxt gələcək
kor gözləri torpaqlar qayıdandan sonra görəcək
[çıxış]
və gördü…
inşallah
inşallah
Random Song Lyrics :
- sube la copa [official song of the fiba basketball world cup spain 2014 - huecco lyrics
- silver lining - mt. joy lyrics
- black on black - gunplay lyrics
- talk - worthy lyrics
- rock you till the dawn - bonnie pink lyrics
- if and if - skoop on somebody lyrics
- the passenger - kid loco lyrics
- um novo dia - falamansa lyrics
- blessings - lil depressd shit lyrics
- angin bengi (feat. caroline) - nanda feraro lyrics