mavi qızılgüllər - orkhan zeynalli lyrics
[bənd 1]
bu gülü bağışladım ki, sən dərk edəsən
bu gülü bağışladım ki, sən tərk edəsən
bu günü yaşadım ki, anlayasan bəlkə də sən
bu ömrü yaşamadım ki, sən məhv edəsən
zamanı verməyiblər ki, biz onu qaytaraq
qədrini bilmədikcə ancaq xəyallarda
həyatı verməyiblər ki, biz onu aldadaq
xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda
sevgini vərməyiblər, təkcə ondan mahnı yazaq
bilirəm, sətirlərimdə sevgi müqəddəsdir
torpağı verməyiblər, təkcə orda qəbir qazaq
istərəm torpaqda bitsin mavi qızılgüllər
bahar vaxtı açıq qalan pəncərələrdən
baxıb güc alanda küçədə sevgililərdən
gizlədəndə gözlərimdə sevgimi hərdən
bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən
qələmi verməyiblər mənə, mən tək səndən yazım
səhərlər ayırır məni sevdiyim gecələrdən
ürəyi verməyiblər mənə, orda tək səni daşıyım
bu qəlbi qırıq*qırıq toplamışam bir neçə yerdən mən
[nəqərat]
bu günlər bizim ömrümüzdən keçər
mənim son ümidim açılan səhər
sənin əllərin mənim əlimdən
ayrılaraq qovuşar əbədi göylərə
biz dünyamızı döndərəcəyik yenə
vurulaq yenə, sarılaq yenə
son dəfə rəqs etmədik yağışda
mənə mavi qızılgülü bağışla
[bənd 2]
uşaq vaxtı axtarırdım möcüzələri mən
tapmadıqca tez*tez deyirdim ki, düzələr mən
maraqsızlaşırdı həyat böyüdükcə mən
gətirmir böyük arzuya böyük büdcələr
sən də bir möcüzə deyildin, nə qədər oxşasan da
sən də yaşada bilmədin, qanıma qarışsan da
sən də qalmayacaqsan yadımda uzun illər
istərəm torpaqda bitsin mavi qızılgüllər
insanlar əl uzadır hərdən yerdən qaldırmaqçün
bu əllər heç vaxt qaldırmayacaq qanadlartək
insanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün
qanadlarsa heç vaxt incitməyəcək əllərtək
mən artıq istəmirəm adi insan, adi həyat tərzi
artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli
istəyirəm ki, mənim üzümə gülsün göylər
istərəm torpaqda bitsin mavi qızılgüllər
[nəqərat]
bu günlər bizim ömrümüzdən keçər
mənim son ümidim açılan səhər
sənin əllərin mənim əlimdən
ayrılaraq qovuşar əbədi göylərə
biz dünyamızı döndərəcəyik yenə
vurulaq yenə, sarılaq yenə
son dəfə rəqs etmədik yağışda
mənə mavi qızılgülü bağışla
[bənd 3]
de ki, sən də gözləməmisən möcüzələr
de ki, görməmisən yuxuda heç vaxt uçduğunu
de ki, saymırsan özünü hamıdan fərqli
de ki, istəmirsən bir gün qızıl balıq tutmaq
qorxma, uşaqlıq deyil bunları xəyal etmək
məncə, mümkünsüz deyil hər şеyi real etmək
mən dəli olmamışam, göz yaşını sil artıq
mən istəyirəm ki, insani dərdlər bitsin artıq
mənə göydən gəldi bu toxumlar hədiyyə
bu deyil bir işarə, bənzəmir dini vəhiyyə
dеdilər bunu əksən torpaqda bitsə əgər
mavi qızılgüllər sən də olacan bizdən biri
mən özümlə aparmaq istədim səni uzaqlara
sənsə inanmırsan, dözürsən bu yalanlara
mən sonsuz yaşayacam * de bütün insanlara
artıq tab gətirmədim dünyada üsyanlara
[nəqərat]
bu günlər bizim ömrümüzdən keçər
mənim son ümidim açılan səhər
sənin əllərin mənim əlimdən
ayrılaraq qovuşar əbədi göylərə
biz dünyamızı döndərəcəyik yenə
vurulaq yenə, sarılaq yenə
son dəfə rəqs etmədik yağışda
mənə mavi qızılgülü bağışla
Random Song Lyrics :
- emerald - hope d lyrics
- le nouveau monde - lyte tyrel lyrics
- picture - cri de joie (크리드조이) lyrics
- chemistry - simari t lyrics
- bull ba'emtza - בול באמצע - static (israel) - סטטיק lyrics
- все, что хотела (everything i wanted) - reflex (rus) lyrics
- dinga - chinx (os) lyrics
- tava atrasado - toscoboy lyrics
- dicaprio - begu lyrics
- please enjoy - whose lyrics