lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qayıt - okaber lyrics

Loading...

amandı gəl düzələr zamanla
yaşla bəri başdan keç otur ən başda qurumadan gözündə damla yaşlar
gəl yenə məni utandır anlayışla
bəstəm yetər onda çağırış var
mənə həsrət betər hər qarğışdan
gəl, gəlişinlə yol çəksin baxışlar
anidən gəl necə qar qışda
gəl dağıt ömrümü qasırğa katrin
qalmasın ömrüm məndə gül xətrin tanrı vermisən şeytana mələk bətni
məni kül etdi onun gül ətri
sən gəl yenə işin ağını çıxar
başla qəlbi xışla ağılı çıxar başdan
badam gözlü kaman qaşlar
mənə səbr lazım ama göstərir cahar daşlar

gözlərin aldı məni
kəməndə saldı məni
getmə, getmə, gəl, gözəl yar!
getmə, getmə, gəl
amandır qoymayın
yar gözdən saldı məni
getmə, getmə, gəl, gözəl yar!
getmə, getmə, gəl

ay bədirlənib günəşlə bir olanda gəl
saçların ağaranda baxışların solanda gəl
amma son anda gəl
əllərin buza dönəndə nəfəsin daralanda bədənin donanda gəl
bir gün qayıt gəl əllərini təslim edib
kağızlar şahidim olub qələmin təsvir edib
mən də təsdiq edim illərin verdiyi hədər kədər
şəmsin nəsimini sevdiyi qədər
sən də qayıt gəl yıxmamış məni badə
əslində sevgi necə olur görsün bəni adəm
mən sənin yoxluğunda yazdım can kimisən
içirəm qan kimisən həm gülüstan kimisən
həm zimistan kimisən o qədər müqəddəssən
minarələrdən yeri*göyü titrədən səssən cahanda məhzəl
itəndə qayıt gəl dirilərin ağzını bağla ölüləri ayılt gəl
bir gün qayıt gəl
gözlərin aldı məni
kəməndə saldı məni
getmə, getmə, gəl, gözəl yar!
getmə, getmə, gəl
amandır qoymayın
yar gözdən saldı məni
getmə, getmə, gəl, gözəl yar!
getmə, getmə, gəl
bir gün qayıt gəl…

Random Song Lyrics :

Popular

Loading...