aforoz - okaber lyrics
[bənd 1: ali khayyam]
yandırın mənim leşimi
mənim torpağımın ehtiyacı yox daha o murdarlığına
xoşbəxtlik, görəsən, neçə kisə qızıladır adəm oğlunun
mənim gülüşlərim daha çox sən idin halbuki
bəs bu necə, bəsdir edamıma?
günəş parıldayaraq işıq saçır
mən doğumumdan bu yana sevgi və günah saçıram
batır məni, allah
mənim anam mənə axıtdığı göz yaşları ilə dar ağacımı yetişdirirdi
atam ölüb gedərkən bilinməyən bir tanrının yanına
adımın o tərəfinə bir soyadı hədiyyə edirdi
və amma hər səhər yalnız oyanıram
mən hər şeirdən sonra ağlayıram
axıb gedirəm hər dəfə, sanki yağışam
gözlərimin kədərini gizlətsin tanrı gülüşlərlə
qaranlıq deyiləm mən, tanrı, itmirəm hər çıxan günəşinlə
ruzi niyaz içində olaram, ruhum deyil sakit
inkar etsəm də, tanrıya inanıram, lakin
tükənmiş səbrimin lüğətsizliyi lal edir
və dilimin iki şeirlik halı var tükənmədən əvvəl
tanrı yaratdıqlarını sevir, həqiqət idi bu
amma məni yaratmamışdan əvvəl
mən bir həqiqətəm, məni kafirlər silmir
amma saçım saqqalıma qarışıb, buna maneə ola bilmir
gəlir ən gözəl qadın, qoynuna girir
sevir səni, sənə sevmək öyrədir
nolsun? bir gün rədd olub gedir
[bənd 2: okaber]
bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər
gecələr qan ağlayanda açılmır səhərlər
o mövzulara qayıtmağını istəmirəm, dost
həyatdan küs, fikirlərim alt*üst
ruhuma əzab verilirdi, döyülürdü
hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm
evtan*z*yadan sonra canlanmıram
sizin inandığınız allahlara inanmıram
əbədiyyətə qovuşmaq üçün tapıram izlərini
mən tanrını sevirəm, o isə alır əzizlərimi
insanla adam arasında böyük fərqi anladım
amma nə insanlar anladı məni, nə adamlar
səhər səhv addıma görə gecələr özümü danladım
amma nə gündüzlər anladı məni, nə axşamlar
sənə kim dedi ki, mən ağıllıyam? bitməz daha üsyan
amma heç bir vəziyyətdə olmayıb allaha üsyanım
dəmir eyvanlardan baxır katorqa heyvanları
qeyd anları aparılır qanlı meydanların
şairlərə fars damğası vurub öldürdülər onları
bizdə isə hər il kərbəla titrədir regionları
sünni, şiə, terror qışqırır media, bazar
hər cümə namazından sonra mərdimazar
mənim qəlbim azar tutub yazar dərdi, yazar
mənim sətrim üzər səni, qazar qəbri, qazar
[bənd 3: ali khayyam]
biz nə dar ağacında rastlaşdıq səninlə, nə də sürgündə
biz nə eyni qadını sevdik səninlə, nə də güllə yaramız var
biz heç bir yerdə erməni başı belə kəsməmişik
biz heç qışqırmamışıq səngərdə, söyməmişik düşmənin var*yoxunu
biz heç bir yerdə namaz qılmamışıq, alnımız möhürə dəyməyib
asacaqlar şairi, kafir damğası vuracaqlar
asacaqlar bizləri, allahın verdiyi canı onlar alacaqlar
asacaqlar bizi, bizə yaraşdırmayacaqlar getməyi
asacaqlar səni də, dostum, kafirlə dostluq ucbatından
taxta oyuncaqlar asacaqlar xəzərin qatilləri adından
bir*iki şeir yazmadığım üçün qafiyələrimin xətrinə bağışla
oyunu bitib qutuya qoyarkən oyunçuları tanrı
bir*iki oyunçuyuq qutunun arxasında unudulan
bir*iki mürtəd var qarşımda halbuki
anlamadıqları üçün üstün bilər səndən
ey tanrı, sən ki ədalət, nur içində haqlarını payladın
axı bəs mən?
cümləsini cümləsinə bağırdıq deyə inkarı
adımızı qoymaq olarmı kafir?
əgər bir iki şairdirsə dahi yalnızca
gəl tanış olaq: ‘’salam, mən dəli’’
Random Song Lyrics :
- almost home (karel goldbaum remix) - karel goldbaum lyrics
- verano en madrid - dakaneh lyrics
- $100 socks - clyde carson lyrics
- prime-time - paradigma sntp lyrics
- it’s a little bit warm - garth prentice and the aprentices lyrics
- iwantnothingmorethanforyoutosuffer - wrxth lyrics
- pungiball - alphred locura lyrics
- living to love you - montice harmon lyrics
- fill the room - maverick city music feat. chandler moore lyrics
- по дороге домой (po doroge domoj) - ones_music lyrics