yarım qalan - nurlan namazov lyrics
[bənd 1]
bir sevənim vardı mənim
getdi yəni “yar” deyənim
necə qıydı, canımdır o
nə qayıtmaz dünənim
bir də o itmiş güvəni
heçə saydı, zalımmı o?
yoxdur ki, bir söz deyəcək
göz dolacaq, kövrələcək
bir kəlmə “gəl” demək çətinmi?
biri gəlsin, desin ki
nəfəssizdir sənsiz indi
axı o, mənim sevdiyimdir
biri gəlsin, desin ki
nəfəssizdir sənsiz indi
axı o, mənim sevdiyimdir
[nəqərat]
dünya eşitməz səsimi
deməz ki, bəs bu nə üsyandır, bu nə haraydır?!
kimsə yar deməsin, nə olar, o sevgiliyə
o, məndə yarım qalandır
kimsə yar deməsin, nə olar, o sevgiliyə
o, məndə yarım qalandır
dünya eşitməz səsimi
deməz ki, bəs bu nə üsyandır, bu nə haraydır?
kimsə yar deməsin, nə olar, o sevgiliyə
o, məndə yarım qalandır
kimsə eşitməz səsimi
dünya sanki laldır
deməz bu kimdir yarımcandır?
bitəcək bu dünyada bir ömür də sevgisiz
yad əlin çəkdiyi sığalmı?
kimsə eşitməz səsimi
dünya sanki laldır
deməz bu kimdir yarımcandır?
dedim ki, sus ürəyə
gecdir daha, dinmə dedim
axı o sevdiyim insandır
dedim ki, sus ürəyə
gecdir daha, dinmə dedim
axı o sevdiyim insandır
dünya eşitməz səsimi
deməz ki, bəs bu nə üsyandır, bu nə haraydır?!
kimsə yar deməsin, nə olar, o sevgiliyə
o, məndə yarım qalandır
kimsə eşitməz səsimi
dünya sanki laldır
deməz bu kimdir yarımcandır?
bitəcək bu dünyada bir ömür də sevgisiz
yad əlin çəkdiyi sığalmı?
bitəcək bu dünyada bir ömür də sevgisiz
yad əlin çəkdiyi sığalmı?
dеdim ki, sus ürəyə
dinmə daha, gecdir dedim
axı o sevdiyim insandır
bitəcək bu dünyada bir ömür də sеvgisiz
yad əlin çəkdiyi sığalmı?
Random Song Lyrics :