![lirikcinta.com](https://www.lirikcinta.com/statik/logonew.png)
səncə nədən? - noton lyrics
noton:
bu şəhər insanları öldürür, axı səncə, nədən?
cismimi asıram, ruhumu atıram pəncərədən[2×]
pəncərədən [3×]
cismimi asıram, ruhumu atıram pəncərədən
səncə nədən? [3×]
cismimi asıram, ruhumu atıram pəncərədən
mehdi sadiq:
onun ruhu bağlı, “cəmiyyət” adlı zindanlara
heç kim deyil doğma, sanki yaddır insanlara
yalanlar içində boğulub gedən gülüşləri
onun pəncərəsi baxır qanlı hasarlara
onu öldürür hamı, yoxsa o özünü?
nifrət dolu qəlblərə bəlkə onun yox dözümü
gözləri bağlı, ruhun əzabları bitir indi
onun getdiyi torpaqda heçnə bitmir indi
onun arxasıyca ağlamasın indi heç kim
hər gün gördün ölür, baxdın ona, sən də keçdin
indi gecdir, bir hekayə bax, yarımçıq
həyat onun, qərarı isə özü seçmir
dünya itirir onu, nə olsun ki, bir gecədən?
kənardan iyrənc görsənirik, bax, necə də
heç nə qalmayıb, o gözəl mənzərədən
bu şəhər insanları öldürür, səncə, nədən?
noton:
bu şəhər insanları öldürür, axı səncə, nədən?
cismimi asıram, ruhumu atıram pəncərədən[2×]
pəncərədən [3×]
cismimi asıram, ruhumu atıram pəncərədən
səncə nədən? [3×]
cismimi asıram, ruhumu atıram pəncərədən
xəyalda qurduğun gəmilərin hamısı batır
dalğalar səni daha da uzağa atır
həyata ümid dolu baxan baxışlar var idi
indi o baxışların altında nifrət yatır
həyatdan səni soyudurlar
ürəyi daşa çevirirlər, onu qurudurlar
doğmalarından sevgi görmədikcə
sevginin nə olduğunu zamanla unudurlar
“evdən çölə çıxmaq olmaz, evdə qal!”*deyirlər
istədikləri biri olmaq var beyində
zirvəyə gedən yolda intihara
ilk addım atmağı öyrədir valideynlər
insanlar tələsirlər həyatın son mərtəbəsində
fırlanır karusellər
özünü ataraq dünyanın pəncərəsindən
hər gün azad olur aysellər…
bu şəhər insanları öldürür, axı səncə, nədən?
cismimi asıram, ruhumu atıram pəncərədən[2×]
pəncərədən [3×]
cismimi asıram, ruhumu atıram pəncərədən
səncə nədən? [3×]
cismimi asıram, ruhumu atıram pəncərədən
Random Song Lyrics :
- all of my time - seth nova lyrics
- mob ties - senat lyrics
- manda um oi - camba do piseiro lyrics
- long run - tracy hill lyrics
- stay fresh stay cool - i don't speak french lyrics
- 216 - wiidaaseh lyrics
- soul ego - koshi lyrics
- delirious (live, 2007) - prince lyrics
- my name is nobody intro - canibus lyrics
- life is the end - corrow lyrics