vurulmuşam - nihad akhundov lyrics
[bənd 1]
bu şəhərdə doğulmusan
şəhərinə vurulmuşam
məhəbbətin ağ yolusan
ağ sehrinə vurulmuşam
ağ sehrinə vurulmuşam
[bənd 2]
o xoş gündə görüşəndə
susdun sən də, susdu qəm də
susdu dünyam, susdum mən də
kədərinə vurulmuşam
kədərinə vurulmuşam
hm…
hm…
[bənd 3]
eh… lalələr yanır üzdə
yanaram mən, yanır köz də
göz yaşları donur gözdə
qəhərinə vurulmuşam
qəhərinə vurulmuşam
[bənd 4]
şirin sənsən, acı sənsən
sevgimizin acı sənsən
günəş nurlu səhər sən*sən
səhərinə vurulmuşam
səhərinə vurulmuşam
[bənd 5]
buz bağlayar yuvam sənsiz
bir ovçuya ovam sənsiz
sən dür, gövhər, sən göy dəniz
gövhərinə vurulmuşam
gövhərinə vurulmuşam
vurulmuşam, vurulmuşam
[bənd 6]
bu şəhərdə doğulmusan
şəhərinə vurulmuşam
məhəbbətin ağ yolusan
ağ sehrinə vurulmuşam
ağ sehrinə vurulmuşam
[bənd 7]
o xoş gündə görüşəndə
susdun sən də, susdu qəm də
susdu dünyam, susdum mən də
kədərinə vurulmuşam
kədərinə vurulmuşam
sənə vurulmuşam
sənə vurulmuşam
sənə vurulmuşam
sənə vurulmuşam
Random Song Lyrics :
- knock on wood - 24lik lyrics
- butthurt - your stepdad lyrics
- ara beni lütfen - hera lyrics
- hallo du (skizze)* - greeen lyrics
- icedluvv - iceycloud lyrics
- loco e insano - c-kan feat. ruff lyrics
- runaway - treeze lyrics
- ma puce - vivy luke lyrics
- lost in the dark - kaushion lyrics
- sugar in the spice - autumndropsdead lyrics