getmə, qal - nazpari jafar lyrics
Loading...
[bənd 1]
bir səhər gəlmisən, görüm
dəmləyib bir çay süzüm
oturum tam qarşında
sən danış, mən bir az gülüm
həsrət qoy çəkilsin gözümdən
cavab ver, susmasın dilin
haradan gəlmisən, bilim
heç ağladınmı, söylə
yanında görməyib məni?!
söylə, üşüdümü əllərin?
çox dəyişib küçələri
yox həmənki izləri
qorxdum, tapa bilməzsən heç
göydələnlər şəhəri
boğur kölgəsində köhnəni
[bənd 2]
təqvimdən axdı illər
unudulmuş ad günlər
sən yoxsan, yox mənası
onlar mənə adi günlər
şamlar sönüb çoxdan könlümdə
getmə, qal, səhəri gözlə
tufan var, üşümə çöldə
otur bir qayğına qalım
deyiləm mən sənə özgə
niyə tələsirsən getməyə?!
bir də yolun nə vaxt düşsə
qaç gəl sən evimizə
qapımızı bağlı görsən
boylanıb yerdən göyə
axtar məni buludlarında
Random Song Lyrics :
- kanazawa (maybe we don't have to go there) - acoustic - moyka lyrics
- i wanna know - the hunna lyrics
- silence - emir taha lyrics
- for my fallen angel (my dying bride cover) - a dream of poe lyrics
- the tropic - bobby thinking abby lyrics
- vênus - double charge lyrics
- location - slayter lyrics
- the murder machine - district105 lyrics
- altes haus - nun flog dr. bert rabe lyrics
- enjoy life - de3ty lyrics