tanış gəlirsən - naira seyidova lyrics
[bənd 1]
xeyli yol getmişəm, sonra arxama dönmüşəm
baxıb fikirləşmişəm, bir xeyli düşünmüşəm
mən bu baxışları elə bil nə vaxtsa görmüşəm
tapa bilmirəm, amma haradansa tanış gəlirsən
gözlərim doldu, nədənsə çatıldı qaşlarım
səbəbsiz həyəcanlanmağa birdən başladım
tutub qucaqlamaq istədi səni göz yaşlarım
bəlkə də, yad getmisən, indi tanış gəlirsən
(tanış gəlirsən)
[nəqərat]
harada görmüşəm səni
dönüb olmuşam dəli
unuda bilməmişəm üzünü
haradansa tanış gəlirsən
sənə dönmüşəm gəlib
görüb olmuşam dəli
bəlkə getdiyin yolları
indi qarış gəlirsən
harada görmüşəm səni
dönüb olmuşam dəli
unuda bilməmişəm üzünü
haradansa tanış gəlirsən
sənə dönmüşəm gəlib
görüb olmuşam dəli
bəlkə getdiyin yolları
indi qarış gəlirsən
[bənd 2]
bəlkə də, çarə olmağa gəlmisən dərdimə
hər kəsin olmuşam son zamanlar dərdi mən
dəniztək coşub çağlayan dərdli qəlbimə
quraqlıq salıb, gedib indi yağış gəlirsən
bir az qorxa*qorxa olsa da, yanına yanaşdım
tərəddüd etdim, toxundum əlinə təlaşlı
bu darmadağın, alt*üst olmuş, savaşlı
həyatıma barış gətirirsənsə, xoş gəlirsən
[nəqərat]
harada görmüşəm səni
dönüb olmuşam dəli
unuda bilməmişəm üzünü
haradansa tanış gəlirsən
sənə dönmüşəm gəlib
görüb olmuşam dəli
bəlkə getdiyin yolları
indi qarış gəlirsən
harada görmüşəm səni
dönüb olmuşam dəli
unuda bilməmişəm üzünü
haradansa tanış gəlirsən
sənə dönmüşəm gəlib
görüb olmuşam dəli
bəlkə getdiyin yolları
indi qarış gəlirsən
Random Song Lyrics :
- oh holy night - the oak ridge boys lyrics
- adulthood - kang daniel lyrics
- valentino drip - naume lyrics
- don't cry for me argentina - wing lyrics
- home - american music club lyrics
- announcement - gurmeet singh, rick hrt & kunwar brar lyrics
- something to save - written by wolves lyrics
- la calle de la lluvia - malpaís lyrics
- brutti & cattivi rmx - men in skratch lyrics
- blood, sweat & fears - what made milwaukee famous lyrics