lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

yox heç kəs - morgion lyrics

Loading...

qaranlıq rəngsiz otaq boz dörd divar
dört divar içində, gözümdə bəyaz bi örtü var
gözümdən axan yaşları saxlamır örtü*dam
zirvəyə gedən yolda döz çünki çox udar

“qismət deyilmiş” deyib keç dünənimə
sözlər ağır gəlir, söz keçmir ürəyimə
aldım zərbələr bıçaqlı qanlı kürəyimə
inamım yoxdu heç kimə güvənim öz güvənimə

çıxdım tək bu yola, yanımda yox idi heç kəs
almadım məsləhətlər, küçədən aldım çox dərs
yox heç kəs
düşüb yıxıldığımda əlimi tutmadı bir kəs
çox danışırdılar kəsdim, yox indi heç səs
yox heç səs, yox heç kəs

yox heç kəs axı yanımda
dodağın neçə yalana
sahibdi yanıb*yaxılan
bu bədən necə sağalar?

günahım aşır bədəni
tərk edir qələm vərəqi
masaya düzün qədəhi
boş şüşələri içkilərin də
biraz susmaq istədim
bu insan kölə hisslərə
son arzum; qusub kinimi
dünyadan köç edə bilmək

bilirsən bəs nədi gerçək?
həzzləri rədd edə bilmək
yalanın açardım örpəyini
yoxları var edə bilsəm

boyadım həyatı ağ qara boz rənginə
buraxdım ümidləri getsin öz dənginə
yoluna bax ləngimə, olmasın üzüvə gülən
yıxıldın döz səngimə, bacarsan özüvə güvən

boyadım həyatı ağ qara boz rənginə
buraxdım ümidləri getsin öz dənginə
yoluna bax ləngimə, olmasın üzüvə gülən
yıxıldın döz səngimə, bacarsan özüvə güvən

çıxdım tək bu yola yanımda yox idi heç kəs
almadım məsləhətlər küçədən aldım çox dərs
yox heç kəs
düşüb yıxıldığımda əlimi tutmadı bir kəs
çox danışırdılar kəsdim yox indi heç səs

Random Song Lyrics :

Popular

Loading...