dəymə - miro [az] lyrics
[bənd 1]
yanılmış həyatların içində axtarışdayam
niyə tapıram axı orada bizi?
silinmir günahlarım, səninlə böldüyüm həyat
dibə batırır bax sonda bizi
süzülmüş ömür yarım*yarım yalançı badələrə
öldüyüm bu eşq dəyərmi bəs, de, bizə?
sevgimiz yavaş*yavaş bu tənhalıqlı radələrə
yaxınlaşdırırmı ayrılıq bizə?
[keçid]
səndən sınıq ürək, bu eşqi öldürək
gəl dinlə son sözümü…
[nəqərat]
nə olar, mənə dəymə
bu aralar da üstümə gəlmə, qürurumu əymə
yaralarım yanır, yanır, sarım axı nə ilə?
salıram ürəyimə bu sevgini
yağış, qarlı küləklər
bu eşqin başında bəlalar var, mənə dəymə
yaralarım yanır, yanır, sarım axı nə ilə?
salıram ürəyimə bu dərdimi
[bənd 2]
qaranlıq içində parlayıb yanan bu ağ işıq
gözümə düşür, yum gözlərini
uçurumda tək bir barmağın ucunda qalmışıq
nədir, de, bizim son sözlərimiz?
darıxıb qucaq*qucaq bizik bu sevginin özü
niyə indi heç kim anlamır bizi?
qorxma, gəl qaçaq, görür, ya tormu sevginin gözü?
yox edib axı artıq ayrılıq bizi
[keçid]
səndən sınıq ürək, bu eşqi öldürək
gəl dinlə son sözümü…
[nəqərat]
nə olar, mənə dəymə
bu aralar da üstümə gəlmə, qürurumu əymə
yaralarım yanır, yanır, sarım axı nə ilə?
salıram ürəyimə bu sevgini
yağış, qarlı küləklər
bu eşqin başında bəlalar var, mənə dəymə
yaralarım yanır, yanır, sarım axı nə ilə?
salıram ürəyimə bu dərdimi
Random Song Lyrics :
- zašto boli kad se voli - selma bajrami lyrics
- als het behang - boter bij de vis lyrics
- 5:24 - camilo lyrics
- destructive nights - real sickies lyrics
- ride with me - karlito the professor lyrics
- rap do skywars! - seb’ (prt) lyrics
- can't afford love (interlude) - eklavya kaushal lyrics
- jehovah's justice (the prelude) - doherty lyrics
- cruel (live at clouds hill) - emma elisabeth lyrics
- fade - yuzuya lyrics