şərab - miri yusif lyrics
[bənd 1]
sənsiz ürəyi yola gətirmişəm
sanki lazımsız əşya itirmişəm
sual idin, mənim üçün nöqtəsən!
mən hər şeyi bitirmişəm
mən yola davam, sənin yolun açıq
nə məni ara, nə də qarşıma çıx
günəşi söküb, asmışam ayı
gecəyə bulaşıb qəlbimin harayı
[nəqərat]
alışan hisslərdən yandırmışam ocaq
o da yorulacaq, sönüb kül olacaq
mələklər günah yazıb, sən demə
qarışıb saçına, düşüb çiynimə
bumbuz ürəyinə göz yaşlarım şərab
ömrümü yedin, ödəmədin hesab
xəyallarına qürurum hasar
suallarına baxışlarım cavab!
[bənd 2]
mən öz taleyimlə tutub əl*ələ
bu ömür yolunu gedirəm hələ
səni yaxşı əvəz edir tənhalıq
bu bir yazı, bu bir tələb
daha bu ürəyi ovutmaq çətin
gedişim əbədi, qayıtmaq çətin
məni çağırır göyə göy üzü
hər bulud bir yanan eşqin tüstüsü
[nəqərat]
alışan hisslərdən yandırmışam ocaq
o da yorulacaq, sönüb kül olacaq
mələklər günah yazıb, sən demə
qarışıb saçına, düşüb çiynimə
bumbuz ürəyinə göz yaşlarım şərab
ömrümü yedin, ödəmədin hesab
xəyallarına qürurum hasar
suallarına baxışlarım cavab!
Random Song Lyrics :
- nýjar hæðir - birnir lyrics
- funny little concept - gr7ff lyrics
- siebzehn - ezco 44 lyrics
- m - lillasyster lyrics
- yaqma - mamad arez lyrics
- complicado - malu trevejo lyrics
- nothing stranger - hey pam! lyrics
- hurricane - after thought (metal) lyrics
- wairua - tipene lyrics
- opium eyes - nick cave & the bad seeds lyrics