lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

məna - miri yusif lyrics

Loading...

[bənd 1]
mən əllərimlə bağladım gözlərini
mən axtardım və tapmadım bu dərinliyi
və sonra çırpıb yerə qan dizlərimi
bürüsün, köz hisslərimi, sən daxili cəhənnəmim

dözə bilsəydim, sənsiz boş əfsanələr
günah nə səndə, məndə, nə zəmanədə
günah nə şeytanın, nə tanrının, anla, sadəcə belədir tale
ölməlidir pərvanələr

biz səhv zamanda məkanda doğulmuşlar
sürünür ilanlar və bax, uçur quşlar
biz də ayaqları yerdən üzülmüşlər
nə caynaqlarımız uzun, nə də ki, var iti dişlər

sən çəkdiyin rəsmdəki qərib dünya
mənim yazdıqlarım şeirdəki məna
sənin tapdığın tanrı nə qədər gözəl
mən isə axtarıram hələ də, ruhum dolaşır tənha
mən isə axtarıram hələ də, ruhum dolaşır tənha

[bənd 2]
mən bağladım içimdə şər hisslərimi
mən gizlətdim hər kəsdən od gözlərimi
mən istədim olum adi insan və sən
qəbul edəsən məni və azca sevəsən yəqin
töküldükcə səmadan yerə bombalar
mən topladım göz yaşlarını torpaqdan
mən ağladım körpəsin itirən anayla
içim doldu nifrətlə, oldum qəddar insan

biz səhv zamanda, məkanda doğulmuşlar
uça bildiyimizi bilməyən quşlar
və ağrılarımıza öyrəşib bədən
dəysin qamçılar kürəyimizə, bizlərə xoşdur

yalnız sənlə bitə bilər qaranlıq
minlərlə ölmüş ümidlər və azadlıq
sənin gözlərinə baxdım və anladım
bəsdir bu qədər dərd, saxlayıram vaxtı

[nəqərat]
gəl, məni qurtar ölümdən
məni çıxar qəfəsdən
ruhum tək və xəstə
bir baxışınla gəl, xilas et məni

gəl, məni qurtar ölümdən
məni çıxar qəfəsdən
ruhum tək və xəstə
bir baxışınla gəl, xilas et məni
gəl, məni qurtar ölümdən
məni çıxar qəfəsdən
ruhum tək və xəstə
bir baxışınla gəl, xilas et məni

gəl, məni qurtar ölümdən
məni çıxar qəfəsdən
ruhum tək və xəstə
bir baxışınla gəl, xilas et məni

gəl, məni qurtar ölümdən
məni çıxar qəfəsdən
ruhum tək və xəstə
bir baxışınla gəl, xilas et məni

(gəl)
(xilas et məni)

Random Song Lyrics :

Popular

Loading...