günah özümdədir - melan məhər lyrics
[bənd 1]
çox istədim atım bu zibili
gec olmadan dönüm bu yoldan
kimi həyatını qurur bu işlə
kimi ömrünü bölür bu yolda
amma səhv başa düşülməsin
varislərəm mən də yaşamaq üçün
biz tez keçirdi uşaqlığımız
öyrəndik böyümək yaşa baxmır
kim vərəqimə düşüb üzüb məni
düzünü desəm günah özümdədi
bezdirib bu gecə hüznləri
ən sevmədiyim sima özümdədi
çoxdandı ki səhəri görmürəm
gecələr çox uzundu burda
əslində heç yuxum da yoxdu
gözüm açıqdı, amma özüm durmuram
heç nəyə inan həvəsim qalmayıb
əvvəlkitək dərin şeirlər
iyirmi ikimdə ilişib qalmışam
2020 gəlib deyirlər
ölür insan dəyər görmədikcə
daha həyatdan heç nə gözləmir
mənə uşaqlığımı ver ana
böyümək istədim, günah özümdədir
[nəqərat]
mən bilmirəm nə səhv etmişəm ki
sərf etmişəm özümü onlara
mahnılarda özünü tapanlara
ən doğmalardan yalanlara
daha gəlmərəm, tərk edilmişəm
vətən bildiyim eşqi sol yana
basdırmasam canım çox yanar
axı getməsəm ölümü qucaqlaram
mən bilmirəm nə səhv etmişəm ki
sərf etmişəm özümü onlara
mahnılarda özünü tapanlara
ən doğmalardan yalanlara
daha gəlmərəm, tərk edilmişəm
vətən bildiyim eşqi sol yana
basdırmasam canım çox yanar
axı getməsəm ölümü qucaqlaram
[bənd 2]
gəlirəm arzuladığım uzaqlar
vaxtıdı kimsə arxamca ağlamaz
məni yola salmaz gülərək bu şəhər
kədər yığar çamadanlarıma
gərək çıxım gedim burdan
məni burax, ana, fikirdən havalanıram
çoxdandıkı yaşamadığımla
yaşıdlarımdan dala qalıram
mənim yolumu buran hər kəs doğru
həqiqət bağıran hər səs boğulur
burda niyə hər kəs yorğun?
niyə sevilir daha rüşvətxorluq?
durma, bacarsan qaç burdan
durmaz, gözlərdə yaş qurumaz
olmaz, haqqını bilən dinməz
yetməsə daha neçə gülər*gülməz
[keçid]
qanla badəmizi doldurur
mən getmək istəyirəm, yol durur
axı yorğunam, halımı soruşma
cavab verə bilmirəm, hər şey üzümdədir
məni inandır ki, sondu bu
orda səni gözləyir bol uğur
bilmirəm səhvim ya düzüm nədir
gedirəm, ölsəm, günah özümdədir
[nəqərat]
mən bilmirəm nə səhv etmişəm ki
sərf etmişəm özümü onlara
mahnılarda özünü tapanlara
ən doğmalardan yalanlara
daha gəlmərəm, tərk edilmişəm
vətən bildiyim eşqi sol yana
basdırmasam canım çox yanar
axı getməsəm ölümü qucaqlaram
mən bilmirəm nə səhv etmişəm ki
sərf etmişəm özümü onlara
mahnılarda özünü tapanlara
ən doğmalardan yalanlara
daha gəlmərəm, tərk edilmişəm
vətən bildiyim eşqi sol yana
basdırmasam canım çox yanar
axı getməsəm ölümü qucaqlaram
Random Song Lyrics :
- level up! (slowed down) - biinjo lyrics
- puppets on a string - billy morrison lyrics
- шрамы (scars) - ant1chrst lyrics
- lyparad!se - mb3xxl lyrics
- joga leite - dj anderson do paraíso lyrics
- in the end (feat. parcher) - roses!hands! lyrics
- podivljam - roske lyrics
- stray - tailfeather lyrics
- big dawg feat lil hustle (radio) - jrealityg lyrics
- el khartom - الخرطوم - batistuta - باتيستوتا lyrics