lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

vaxtı var - manaf ağayev lyrics

Loading...

[bənd 1]
ey, bizə qaçqın deyən el oğulları
bizim də yurdumuz, yuvamız olub
bostanda əmələ gəlməmişik biz
bizim də atamız, anamız olub

baxma ki, fağıram bədəndən, qoldan
əyilməz, qırılmaz bilək var məndə
bunu bəxş edibdir mənə yaradan
bəlkə də, mən boyda ürək var səndə

çoxu öyünür pulu, varıyla
qumar oynayırlar namus, arıyla
halal zəhmətlə, alın təri ilə
halal qazanılmış çörək var məndə

qaçqınıq, hər kimik, nəçiyik, nəyik
qaçqınıq, hər kimik, nəçiyik, nəyik
axı biz bir millətik, azəriyik biz
bizim də yurdumuz, yuvamız olubdur

öz dilində danışmağa karıxma
başından çox yekə səhvlər buraxma
mənə “qaçqın” deyib ötəri baxma
bəlkə də, sən boyda qeyrət var məndə
deyə bilmədiyim söz içimdədir
deyə bilmədiyim söz içimdədir
özümü yandıran köz içimdədir
nahaqdan uzağam, düz içimdədir
hamıya sevgimiz, vəfamız olub
bizim də yurdumuz, yuvamız olub

heç kəs “mənəm” deyib şeşələnməsin
sönən ocaqların yanan vaxtı var
ömürlük səmada quş da dayanmaz
onun da göylərdən enən vaxtı var

qaynaya*qaynaya qazan daşanda
sərhəddi keçəndə, həddi aşanda
fələyin yanlna yaxınlaşanda
təkərin geriyə dönən vaxtı var

az ötən günləri say, vətənoğlu
ömürdən yadigar qoy, vətənoğlu
dünya belə qalmaz, ay vətənoğlu
yoxsul ocağının yanan vaxtı var

yağılar köksünü talan eyləyib
gəlin sizə qurban olum, ay vətənoğlu
göyçə, zəngəzur əldən gedib
gəlin sizə qurban olum, ay vətənoğlu
şuşa yaylağını sis*duman aldı
xarıbülbülümün gözləri doldu
topxana meşəsi saçını yoldu
gəlin sizə qurban olum, ay vətənoğlu

belə qan ağlama, gül, qarabağım
üzümüz yanında qara deyil ki
harda daşnaq var qan*qaralıqdı
çalxalanan bircə bura deyil ki

şuşam, qarabağım, başında papaq
başda əzizlənən namusdur ancaq
atam azərbaycan, anam qarabağ
bütöv ürəkdir, para deyil ki

qoynuna qar dolan qarabağım var
düşmən at oynadır araz boyunda
qəlbim, ay pünhan, qan ağlayır bu cavan çağımda
gəlin sizə qurban olum, ay vətənoğlu

bilmirəm necəyəm, indi hardayam?
bilmirəm necəyəm, indi hardayam?
gecəni, gündüzü intizardayam
məskənim qarabağ, füzuli yaman dardayam
məskənim qarabağ yaman dardayam
gəlin sizə qurban olum, ay vətənoğlu
düşmən xülyasını doğrultmaq istər
elimi, obamı dağıtmaq istər
düşmən vətən udmaq, dağ udmaq istər
boş*boşuna, avara deyil ki

əzizinəm, ayımız var
ayımız var, ilimiz var
la ilahə illallah deyən dilimiz var
inanın, ey azərbaycan xalqı
bizim bir*birimizdən başqa kimimiz var?

ey bizi duyan xudayar
bir çarə qıl bəlaya
ey bizi duyan xudayar
bir çarə qıl bəlaya

eylərəm, eylərəm, eylərəm şikayət
eylərəm, eylərəm, eylərəm şikayət

söylə, söylə nədir bu dərd*qəm?
böylə, böylə çəkir bu aləm
söylə, söylə nədir bu dərd*qəm?
böylə, böylə çəkir bu aləm

[nəqərat]
səni, yaradan
bizi dünyada
bu dərdimizə
bir varmı çarə?

səni, yaradan
bizi dünyada
bu dərdimizə
bir varmı çarə?

ey bizi duyan xudayar
bir çarə qıl bəlaya
ey bizi duyan xudayar
bir çarə qıl bəlaya

eylərəm, eylərəm, eylərəm şikayət
eylərəm, eylərəm, eylərəm şikayət
eylərəm, eylərəm, eylərəm şikayət
eylərəm, eylərəm, eylərəm şikayət

Random Song Lyrics :

Popular

Loading...