lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ovşarı - lalə məmmədova lyrics

Loading...

bütün yer üzünün hər tərəfində
bütün yer üzünün hər tərəfində
yayılıb sorağı azərbaycanın
gündən*günə gözəlləşən bu yurda
gündən*günə gözəlləşən bu yurda
hey gəlir qonağı azərbaycanın

ha*hay, maralım
ha*hay, cananım
ha*hay, qadan mən alım

dahilər deyibdir bilinmir yaşın
dahilər deyibdir bilinmir yaşın
nə qədər bəlalar çəkibdir başın
indi firəvandır hər vətəndaşın
indi firəvandır hər vətəndaşın
gözəldir bu çağı azərbaycanın

ha*hay, maralım
ha*hay, cananım
ha*hay, qadan mən alım

ömür keçirmisən dumanda, çəndə
ömür keçirmisən dumanda, çəndə
baxır yağıların, boylanır gendən
11 iqlim var, doqquzu səndə
11 iqlim var, doqquzu səndə
cənnətdir torpağı azərbaycanın

ha*hay, maralım
ha*hay, cananım
ha*hay, qadan mən alım

aşıq əhlimanam əlimdə sazım
yayılıb aləmə şirin avazım
ay balam, balam, balam

bu azad günümə bir dastan yazım
bu azad günümə bir dastan yazım
xoş keçir növraqı azərbaycanın

ha*hay, maralım
ha*hay, cananım
ha*hay, qadan mən alım

ha*hay, maralım
ha*hay, cananım
ha*hay, qadan mən alım

Random Song Lyrics :

Popular

Loading...