lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

bir sevgim var - könül kərimova lyrics

Loading...

[bənd 1]
yenə yazıb*pozmalar, yenə yuxu yozmalar
açılan sübhə mən, edirəm şübhə mən
varsa ümid edən, o da mən, yenə mən

[keçid]
görüşmürük neçə gün, çətin çıxa gecə gün
görüm səni, açılsın dilimə düşən düyün
hanı mənim günəşim? onun gəlişi
mümkün deyil, alınmaz ki, təbiəti dəyişsin

gəlmədi bir kəlmə ki, alım qələmə
qəlpə dolub qəlbə, budurmu qələbə?
hardan alım ilham? hər yönüm ittiham
hardan alım sevgi? sevgi də bir vergi

[nəqərat]
bir sevgim var mənim, sənlə bölərəm
yuxuma girməsən, inan ölərəm
mən neylərəm sənsiz, tək, kimsəsiz?
yaşamağım mənasız, ümidsiz

bir sevgim var mənim, sənlə bölərəm
yuxuma girməsən, inan ölərəm
mən neylərəm sənsiz, tək, kimsəsiz?
yaşamağım mənasız, ümidsiz
[bənd 2]
ağıllı danışır hərif kimi
tənqid deyilir tərif kimi
həyat qanunu, sevgi maddəsi
deyilən sağlıq, içki badəsi

yenə sevinci dəyişir kədər
yenə alınmır, yenə də hədər
taleyin çox oyununu görmüşəm mən
başında olandır qədər

duya bilsən ətrimi, bilə bilsən qədrimi
necə olum axı, sənə daha yaxın?
necə birgə açaq yeni bir sabahı?

[keçid]
görüşmürük neçə gün, çətin çıxa gecə gün
görüm səni, açılsın dilimə düşən düyün
hanı mənim günəşim? onun gəlişi
mümkün deyil, alınmaz ki, təbiəti dəyişsin

gəlmədi bir kəlmə ki, alım qələmə
qəlpə dolub qəlbə, budurmu qələbə?
hardan alım ilham? hər yönüm ittiham
hardan alım sevgi? sevgi də bir vergi
[nəqərat]
bir sevgim var mənim, sənlə bölərəm
yuxuma girməsən, inan ölərəm
mən neylərəm sənsiz, tək, kimsəsiz?
yaşamağım mənasız, ümidsiz

bir sevgim var mənim, sənlə bölərəm
yuxuma girməsən, inan ölərəm
mən neylərəm sənsiz, tək, kimsəsiz?
yaşamağım mənasız, ümidsiz

Random Song Lyrics :

Popular

Loading...