lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qağayı (expectations) - jamal ali lyrics

Loading...

dəniz kənarında uçan bir qağayı
aşiq olmuşdu ona bir ağ ayı
özü də bilirdi ki, bu eşq havayı
hamı gülürdü ona, adı çıxmışdı
nakam sevgi payı

ayıya məktub gəldi qaynanasından:
“gözünü çəkginən – yazır, – mənim qızımdan
bizim ailəyə yaraşmaz ayı olmaq
qoy borc olsun mənə səni bu qütbdən qovmaq”

ayı yığdı şələ*şüləsini tez*bazar
getdi, qurdu dəniz kənarında bir bazar
qağayı gəldi, dedi: “qəlbin neçəyə?”
dedi: “sənindir. götür, apar”
qağayı dedi: “qarr, qarr, qarr”
öpüşməyə başladılar…

ayı dedi qağayıya: “gəl qaçaq burdan”
qağayı dedi ayıya: “gəl uçaq burdan”
ayı dedi: “axı mən uça bilmirəm”
qağayı dedi: “sevirəm deməyi bilirsən, amma uçmağı öyrənmək istəmirsən!”
ayı dedi ki: “vallah, axı mənlik deyil”
qağayı dedi: “onda özün bil”
ayı dedi: “mən gedirəm, sən istəyirsən qal
mən səni uzaqdan da sevərəm”
qağayı dedi: “bilirsən nə var? qarr, qarr, qarr!!!”
ağlaşmağa başladılar…
illər keçdi, aylar ötdü
ayının keçdiyi yolları qarlar örtdü
peşman itlər uladı
qağayı boynunu buladı
çoxdankı səhvini o ancaq indi anladı

sən axı niyə uçmaq gözləyirsən ayıdan?!
getdi o gedən qatar, deyil qayıdan
ayının da var bir balası başqa bir ayıdan
“anan ölsün – dedi, – evimi yıxan expectations”

Random Song Lyrics :

Popular

Loading...