
sevməyir, qoy sevməsin - islama abdullayeva lyrics
sevməyir, qoy sevməsin lyrics
[bənd 1]
küsdü yar məndən, nəhayət; sevməyir – qoy, sevməsin!
eyləməz könlüm şikayət; sevməyir – qoy, sevməsin!..
[nəqərat]
sanmasın, canan onünçün gözlərim, gözlərim qan*yaş tökər
tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..
[bənd 2]
çatdırın, dostlar, vəfasız dilbərə son arzumu
çəkməsin eldən xəcalət; sevməyir – qoy, sevməsin!..
[nəqərat]
sanmasın, canan onünçün gözlərim, gözlərim qan*yaş tökər
tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..
[bənd 3]
vəslə yaddır ilk məhəbbət; sevməyir – qoy, yar sevməsin!
vəslə yaddır ilk məhəbbət; sevməyir – qoy, yar sevməsin!
şerə verdim könlümü; sənətimdən razıyam!
bilmərəm bir özgə şöhrət; sevməyir – qoy, yar sevməsin!
sevməyir – qoy, yar sevməsin…
[nəqərat]
sanmasın, canan onünçün gözlərim, gözlərim qan*yaş tökər
tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..
qoy, yar sevməsin…
Random Song Lyrics :
- all for you - dylan wilkes lyrics
- dolodballa (get back) ft kaykay & milly - deesavage lyrics
- mesh sawa - مش سوا - ahmed batshan - أحمد بتشان lyrics
- dark lens - luh bdee lyrics
- почему (why) - tweett lyrics
- grawitacja - tau lyrics
- za mało - delight lyrics
- 내 오랜 노래 (ft. fil) - 015b lyrics
- amateurs - helena mayer lyrics
- 砂の城 (suna no shiro) - 9nine (jpn) lyrics