sarı güllər - humay aslanova lyrics
[bənd 1]
dünyada əlvan rənglər, güllər ağlar, sevinər
hər gülü öz rəngində yada salar sevənlər
rənglər dönər güllərə, güllər yağar əllərə
əllər qonar tellərə o günlərdə…
yadıma gəlir o gün
mən həsrətdən donanda
görüşə gəldim yenə günəş rəngli donumda?
günəş rəngli gülləri aldı səndən əllərim
niyə kədər göründü gözlərində?
[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
[bənd 2]
yaraşdı sarı donum günəş rəngli güllərə
o rənglər düşdü niyə sənsiz ötən günlərə?
illər keçdi o gündən, görüb indi bilirəm
niyə kədər göründü gözlərində
[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
Random Song Lyrics :
- come stai?? - lemood [aov] lyrics
- ni mejor ni peor - area-7 lyrics
- hawk - leewar the maniac lyrics
- storytell intro - i61 lyrics
- jephthah you needed - apologetix lyrics
- nevercameback - saranghae lyrics
- uschi (english version) - achampnator lyrics
- butt destruction - digbar & jake hole lyrics
- veto - pale revenant lyrics
- siempre vivirás dentro de mi - pimpinela lyrics