ana - hort3ch lyrics
qadın,sənin qucağında dünyaya mən göz açdım
laylandan ilham alaraq parıldayıb işıq saçdım
bircə an belə pis olduğunu hiss etdiyimdə
harda olsam belə,tam sürətlə sənin yanına qaçdım
yıxıldığımda yanımda oldun,sözlərinlə ayağa qalxdım
çəkdin pərdəni gözümdən,ətrafa daha aydın baxdım
əzizləyirsən məni hələ olsa da,16 yaşım
ən qiymətlidi yanına uzanıb saçını oxşadığım vaxtım
səhəri gözləyirəm,çətindi haqqında yazmaq,ana
sədaqəti öyrətmisən,qoymaram sənin canın yana
16 illik həyat lentimi iki hissəyə bölürəm,bax
yanında olmadığım bir,əlini tutduqlarımsa,başqa yana
adını çəkdikcə əsir bədən,hisslərim gəlir cuşə
harda varsansa,sanki cənnət,ora ən gözəl guşə
gözlər dolur,növbəti misra ağlımdadı,lakin
unuda bilərəm,çünki,səni düşünürəm,elə bil bihuşəm
bağışla məni,olur bəzən yoruram,sözlərimiz düşmür tən
ağlamaq da çox yaraşır,amma görmək istərəm səni hər an şən
baxışlarındakı mərhəmət,sevgi,sədaqət,inam
çox çəkdin əziyyət,çox tez düşdü saçına dən
sən əməliyyat otağında,qorxuruq mən və bacılar
həyatın ağır keçib dözsən də,çəkmisən acılar
mən möhkəm olmalıyam,iki bacının bir qardaşı
qəlbimin dərinliyindən məktub gəldi “dözə bilmir damcılar”
dolduraram dəftərlər,səndən yazaram hələ bir on il
sevgi dedikdə ağlımda ilk sənsən,rahat ol və bunu bil
çox kövrəksən,incitməyə qıymaz heç bir insan
sətirlərimə ağlama,dözə bilmərəm,göz yaşını sil
halallıq ver mənə,hər işimdə et mənim üçün dua
ana,səhvim varsa,allah-a de ki,günahlarımı yuya
belə biri olmayacaq həyatınızda,dərk edin bunu
bəlkə anasına əzab verənlər azca peşmanlıq hissi duya
nəysə,uzandıqca uzanır,az qalıb indi olacaq roman
yenə də yatmamışam,göz yumulur,yorulmuşam yaman
sənə layiq övlad olmağa çalışmışam hər bir zaman
həyatıma məna qatan,tək ana yox,həm də mənim üçün canan!
Random Song Lyrics :
- remorse - arcane (r&b) lyrics
- arcade (remix) - duncan laurence lyrics
- absent - guilia lyrics
- buy a boy a baseball - granger smith lyrics
- me, myself, & i - jackman raps lyrics
- sidewalk someday - chloe gilligan lyrics
- nada me importa - la santa grifa lyrics
- o telefteos horos - nikos karvelas lyrics
- world on fire - lion shepherd lyrics
- the rhumba jumps - mel tormé & billy may lyrics