lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

yorğun - h.o.s.t. alliance lyrics

Loading...

[bənd 1: qaraqan]
qoy bu nəğmə laylan olsun
ağlasın, bəbəklərin yuyulsun
körpə yuxuda qanadlansın aləm
qoy bu nəğmə dünyam olsun
gizlənim içində yaddaşımdan
hər kitabəmin içində matəm

qoy bu nəğmə leysan olsun
soyutsun içimi ləpələriylə
həsrət alovu yandıranda ciyərlərimi
qoy bu nəğmə insan olsun
mənə yaxın məndən, sevgilim olsun
oxusun göz yaşıyla əsərlərimi
qoy bu nəğmə əbədi qalsın
illərin məsafəsiz axınlarında
desinlər: “bir dəli bunu yazdı”
qoy bu nəğmə məktub olsun
göndərilsin hər tənha qəlbə, yaralı ürəyə
anlasın ki, tək deyil, piyalələr doldu

buludlarla yağdı içimə yağışlar
yenə də tələsib evinə qaçışacaq piyadalar
röyadayam, ac köpəklər sümüklərimi gəmirdikcə
sufi dərviş güc verirdi, səbrimə, iradəmə

minarələr səmanın üzünü tutaraq aparır içimi*çölümü
yaradanın hüzuruna qanlı günahlarla gəldim
parçalandı qış baharla, qar adamı da əridi səhərə
bilmirəm, rəhm edərmi, tanrı məni məhv edərmi?

gözlərimlə şahid oldum, sevgilər can verəndə
qanlı öskürəklə baxıram üzünə, ağlaya da bilmirəm
daxmamın qarşısında kor dilənçi
yoxdur verməyə heç nəyim, qapını bağlaya da bilmirəm

yoruldum, atdım içimə daş, dərinliyimi bilməkçün
əks sədası gəlmir hələ də, sonum harada?
yüz illik yuxudan oyanmış körpə kimiyəm
yaddaşım silindi, mən kiməm ki?
mənim adım * qaraqan…
[nəqərat: promete]
gündəliklərdə vərəq qalmadı
bitirdim neçə qələmdə mürəkkəb
atmadım, doğmadır, saxladım
tək göründüm hər kəsə, təkəm sandılar
yanımdaydın, heç darıxmadım

amma yenə də dön, yanımda cismin olsun
bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
bu qədər asandır
dön, nəğmə yazacam sənin dönüşünə
yorğun gözlərim baxır yolun sonunda
ölümlə görüşümə gecikirəm…

[bənd 2: aid]
qoy bu nəğmə tənha qalsın
günəşdən ilham alsın
ağ vərəqdə qaralansın
batsın dərin fikirlərdə

ürəklərdə qoy bu nəğmə
köməyə gələn yoldaş olsun
kədərimdən xəbər verən
gözdən axan yaşla dolsun

sətirlərimə sevgi qonsun
hər insan bir mələyə dönsün
qara donlu gecələr
ümid gətirən səhərə dönsün
qoy bu nəğmə gülüşüntək
güllər açsın səhralarda
xoşbəxtlikdir məqsədim
axtarıram dumanlıqda

xəyallarım həddi aşır
qoy bu nəğmə sərhəd olsun
həyatımdan bəhs edək
qoy bu nəğmə qeybət olsun

sona çatır hər nağıl
qoy bu nəğmə sonsuz olsun
nəğmələrdə mövzu şərtdir
qoy bu nəğmə onsuz olsun

uzaqlarda buludların arxasından boylanan
ulduzların simasında parıltılı həsrət var

nəğməm üzdə gülüş olsun
ulduzlarçün oxunulsun
çox heyif ki, gülüşlərin kölgəsində kədər gəzir

gəzintilər səbəbsizdir
etiraflar ürəksizdir
yalvarışlar ümidsizsə
qoy bu nəğmə ümid olsun

kaş ancaq gecə yuxularında
üzdə qorxu olsun
gördüyümüz hər şirin yuxu
birdən doğru olsun

hər tərəfdən günəş çıxsın
qoy bu nəğmə yalan olsun
illər ötüb keçsə, də
bu nəğməni duyan olsun

hər bir kəsdən gizlənək
görüş sirrimiz olsun
buludlarda rəqs edək
qoy bu nəğmə bizim olsun

[nəqərat: promete]
gündəliklərdə vərəq qalmadı
bitirdim neçə qələmdə mürəkkəb
atmadım, doğmadır, saxladım
tək göründüm hər kəsə, təkəm sandılar
yanımdaydın, heç darıxmadım

amma yenə də dön, yanımda cismin olsun
bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
bu qədər asandır
dön, nəğmə yazacam sənin dönüşünə
yorğun gözlərim baxır yolun sonunda
ölümlə görüşümə gecikirəm…

[çıxış: aid]
qoy bu nəğmə bizim olsun…

Random Song Lyrics :

Popular

Loading...