neçə - h.o.s.t. alliance lyrics
[chorus: qaraqan]
bizə isti baxışlarla baxır səhnə
sağaldıqca yara, unuduldu səhvlər
hər nağılın bir sonu sevincli səhifə
amma mən yenə yenə yenə tənha. (2x)
[verse 1: aid]
neçə günəş gərəkdir ürəyimi isitmək üçün ?
neçə dəniz yuya bilər yaddaşımı və günahlarımı ?
neçə külək gərəkdir göz yaşlarını qurutmaq üçün ?
neçə mələk gərəkdir sənin gözəlliyini unutmaq üçün ?
neçə sınıq saat gərəkdir bu zamanı saxlamaq üçün ?
neçə bəyaz yastıq hönkürüb ürəkdən ağlamaq üçün ?
neçə qanad gərəkdir çırpınım, uçum ulduzlara ?
neçə qıfıl gərəkdir ürəyi bir dəfəlik bağlamaq üçün ?
neçə yağış gərəkdir qurumuş hər ağac çiçəklə dolsun ?
neçə bulud gərəkdir qar dizə kimi gecəylə dolsun ?
neçə məzar gərəkdir dolsun içinə bütün ümidlər ?
meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir ?
neçə vərəq gərəkdir, neçə qələm gərəkdir
kağıza mürəkkəb, həyat çox mürəkkəb, çətindir düzəltmək
yaranı sağaltmaq, kədəri azaltmaq, əzabı qısaltmaq
dünyanı əksinə fırlatmaq üçün neçə külək gərəkdir ?
[chorus: qaraqan]
bizə isti baxışlarla baxır səhnə
sağaldıqca yara, unuduldu səhvlər
hər nağılın bir sonu sevincli səhifə
amma mən yenə yenə yenə tənha
[verse 2: jamal ali]
neçə əsgər lazımdır səngərlərimiz boş qalmasın deyə ?
neçə xəritə lazımdır bizə, millət yolunu azmasın deyə ?
neçə kapsula və dərman ki yaralarımızı keyitsin bir neçə müddətlik ?
neçə fərman ki təbəssüm çöksün üzünə xalqımın bəlkə bir həftəlik ?
neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca
neçə zolaqlı bayraq xilas edəcək bizi, görəsən, ən dar anda ?
neçə kilsə və məsciddən qorx, qaç, deyəcək dünya hələ bizlərə ?
neçə propoqanda basılar beyinlərə, hollivud dönəcək siyasətə ?
neçə irqdən insanlar qıracaq bir-birini ancaq dəri rənginə görə ?
neçə cüt göz basdıracaq ümidlərini oğlu-qızıyla bir qəbirə ?
neçə vəhşiliyin şahidi insanlar dönəcəklər manyaklara ?
neçə nüvə silahının nüvələrinin sayı qədər ac insan batacaq səhrasında ?
neçə fitnə, neçə soyqırım ? neçə ton qan ? neçə min edam ?
neçə işğal ? de, susum ya qışqırım istehza qoxan alqışlara ?
neçə zindan namus qoruyanına ömürlük həbs elektrik stulları ?
neçə sərhəd ayırası məni məndən, h.o.s.t!, nəqarəti qaytarın!
[chorus: qaraqan]
bizə isti baxışlarla baxır səhnə
sağaldıqca yara, unuduldu səhvlər
hər nağılın bir sonu sevincli səhifə
amma mən yenə yenə yenə tənha
[verse 3: qaraqan]
neçə xəyanət gərəkdir əsl sevginin qədrini bilmək üçün ?
neçə xəstəlik gərəkdir sağlamlığımı düşünmək üçün ?
neçə kədər gərəkdir, bir uşaq gülüşündən xoşbəxt olum ?
neçə düşmən gərəkdir dostlarımın qədrini bilmək üçün ?
neçə yad eldə olmalıyam ki, vətənimə qayıdanda sevinim ?
neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim ?
neçə gözü yaşlı yetim danışmalıdır mənə çətin həyatdan ki
qaçıb evə, anamın əllərindən öpüb sevdiyimi deyim ?
neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun ?
istəyirəm oğlum olsun, qasırğa, həm də küləkdən olsun
neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım ?
neçə yuxusuz gecə gərəkdir, daş yumşaq döşəkdən olsun ?
neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata ?
son nəfəs can verəndə qızıldan qiymətli saatlar
neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim ?
neçə şeytan öldürməliyəm ki, allahı görə bilim mən ?
[chorus: qaraqan]
bizə isti baxışlarla baxır səhnə
sağaldıqca yara, unuduldu səhvlər
hər nağılın bir sonu sevincli səhifə
amma mən yenə yenə yenə tənha. (2x)
Random Song Lyrics :
- 手遅れ (it's too late) - codex obscura lyrics
- burglar alarm - ballout lyrics
- everything i loved - lil soda boi lyrics
- shola - yerima wrld, princedavid lyrics
- näbed dir - pedro (ch) lyrics
- toxic ends - rarin lyrics
- stranger - enoch (nz) lyrics
- good vibe - rahul dit-o lyrics
- no fun allowed - popkill lyrics
- i dey hear everything - 2baba lyrics