məni qaytar - h.o.s.t. alliance lyrics
[giriş: felon de jure]
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
[bənd 1: felon de jure]
axtarmasın bu gün heç kəs məni
qəlbimin qara küçələrində azmışam
qazmışam ümidə qəbir
bu gün mən özüm*özümdən qaçmışam
açmışam dəftər, qələm
sətirə bir ovuc hərf tökmüşəm
hər kəs kimi mən də “sabah hər şey düzələr”
deyib, bu günümə dözmüşəm
ölmüşəm…
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
qəzəbim yox, həyatımdan razıyam
tanrı yazıçıdır, mən yazıyam
həm şəhid oldum, həm qaziyəm
işğal edilə bilməyən əraziyəm, mən
səhv yol, düz yol, önümdə yüz yol
iz qoy, bir ruh, üzdə yüz rol
yenə dağılıb ürək otağımın səliqəsi
əzrayıl gəlsə, tələb elə vəsiqəsin
qəribədir bu gün həyatım mənim
hisslər içimi qanadır mənim
arzular qəlbimdə pas atır mənim
illər qəbrimə uzadır məni
[nəqərat: qaraqan]
məni mənə qaytar
axtar ürəyimin ən dərin dərəsində
sərin qəfəsində, qəmim nəfəsində qalmışam
hisslərimin içində azmışam, ölmüşəm
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
məni qaytar
axtar ürəyimin ən dərin dərəsində
sərin qəfəsində, qəmim nəfəsində qalmışam
hisslərimin içində azmışam, ölmüşəm
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
[keçid: felon de jure]
məni qaytar
axtar ürəyimin ən dərin dərəsində
sərin qəfəsində, qəmim nəfəsində qalmışam
hisslərimin içində azmışam, ölmüşəm
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
[bənd 2:qaraqan]
axtarmasın bu gün heç kəs məni
qəlbimin qara gecələrində azmışam
düzmüşəm zibilə səbir
bu gün mən özüm*özümdən bezmişəm
yozmuşam, sonsuz kədər içində
bir ovuc sevinc görmüşəm
hər kəs ilə mən də bu kiçik sevincimi
bərabər, doğru bölmüşəm
ölmüşəm
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
şəkərim yox, qaraqanam, acıyam
siz nökərlərim, mən raciyəm
günəşim qaranlıqdan haşiyə
həyatım gülməli bir faciə
sərt ol, mərd ol, ölümə dərd ol
cəld ol, fərd ol, hərdən pərt ol
yenə irəlidə “baku clan” qəbiləsi
yazıda felon*a “qaraqan” nəzirəsi
kəsiləsi bu gün həyatım mənim
uçmur, qırılıb qanadım mənim
bəsdir özümə savadım mənim
səssiz dayanıb saatım mənim
[nəqərat: qaraqan]
məni mənə qaytar
axtar ürəyimin ən dərin dərəsində
sərin qəfəsində, qəmim nəfəsində qalmışam
hisslərimin içində azmışam, ölmüşəm
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
məni qaytar
axtar ürəyimin ən dərin dərəsində
sərin qəfəsində, qəmim nəfəsində qalmışam
hisslərimin içində azmışam, ölmüşəm
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
[çıxış: qaraqan]
məni qaytar
axtar ürəyimin ən dərin dərəsində
sərin qəfəsində, qəmim nəfəsində qalmışam
hisslərimin içində azmışam, ölmüşəm
bəlkə xəbərim yox, əsərim yox
yazılası səhərim yox
gecə sonsuz, küçə sonsuz, gedirəm
ölümün önünü tuta biləcək çəpərim yox
Random Song Lyrics :
- not okay - killbunk lyrics
- amor que chora - alva lyrics
- skip skool - doe boy lyrics
- major 7 (words are hard) - julian greenwell lyrics
- moulin rouge - dirikteur lyrics
- what's your intent? - eminem lyrics
- abena - dynasty lyrics
- conmigo duermes - hispana lyrics
- good friday - dj eazy lyrics
- moon rests - biv lyrics