istəmirəm - h.o.s.t. alliance lyrics
[intro]
is!
tə!
mir!
əm!
[verse 1: qaraqan]
istəmirəm lcd ekran televizor, 600 k-n-l
istəmirəm 8800, polifonik, tonal
istəmirəm adidas, versace, dolce-gabbana
istəmirəm dəbli geyim, dəbli saç uyğun zamana
istəmirəm mc donald’s, big mac, pizza portofino
istəmirəm tuz oğlu olum, nə də ki arlekino
istəmirəm villa, ömürlük sığorta
istəmirəm qonşu ac olanda gedim kurorta
istəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
istəmirəm yasım olsun, tanımadığım qohumlar gəlsin
istəmirəm populyarlıq, şöhrət, hamı məndən danışsın
istəmirəm məndən başqa həyatıma kimsə qarışsın
istəmirəm demokratiya, istəmirəm restavratsiya
istəmirəm azad seçki, dünyaya inteqrasiya
istəmirəm qərb mədəniyyəti, avropasayağı toy
istəmirəm oğlum bir gün desin “ata, oldum qaluboy”
istəmirəm valideynlərimin puluyla özümü saxlayım
istəmirəm yalandan gülüm, ondansa içdən ağlayım
istəmirəm ölüm geciksin, ya da ki tez gəlsin
istəmirəm döyüş vaxtı yataqda gözümü bağlayım
istəmirəm gücüm artsın, artsın ondansa cəsarət
istəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət
istəmirəm sevgi, xəyanət sonu hamısının, istəmirəm
gələcəyimə falçı baxsın, istəmirəm
yekəpər bədən, ondansa sürətli zərbə
istəmirəm sizdən alqış, istəməyin məndən səhnə
istəmirəm fərqlənmək – fərqli görsənmək üçün
istəmirəm yalan hörmət – içində gizlənmək üçün
[chorus]
is! – istiqamətim fərqli
tə! – tərki dünya qara dərviş
mir! – miras qaldı mənə keçmişim
əm! – əmrimə sadiqəm (bir də) 2x
[verse 2: promete]
hər səhifə mənim, mən də səhifənin
o, mən, bir də əldə qələmim
söz güclü, amma deşmə düşməni
tut, baş hərfləri budur mənim
[verse 3: jamal ali]
istəmirəm 4 təkər, ona-buna şou göstərmək üçün
istəmirəm pula alınmış diplom, ağıllı görünmək üçün
istəmirəm yaşayım ömrümü valideynlərin hesabına
istəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına
istəmirəm şəhərdə hörmət, əgər təsbehlə ölçülürsə
istəmirəm cəmiyyətdən qiymət, qiymət geyimə verilirsə
istəmirəm şan-şöhrət, özümü gözə soxmalıyamsa
istəmirəm yaxşı oğlan olum, çayxanada qocalmalıyamsa
istəmirəm rus dili bilməyənə yuxarıdan aşağı baxılsın
öz dilində güclə danışmaq bombalıq sayılsın
istəmirəm elit olum, mctualetdə formalaşım
istəmirəm sevgilim olsa, onunla mərmərli parkda fırlaşım
istəmirəm sevilim, onsuz da sevgi pak olmur bu ölkədə
istəmirəm nə göz yaşı, nə ağı, nə ehsan öləndə
istəmirəm avtoqraf alasınız, biz ki müqəddəs deyilik
heykəl indi çoxdur şəhərdə, istəmirəm elə əbədilik
günün pul, qız, iç, çək – istəmirəm!
özün gəz, iç, baş boş, güc – istəmirəm!
kef full, dərd, əl, cib, hər nəbz yox, gec başdaş – istəmirəm!
[chorus]
is! – istiqamətim fərqli
tə! – tərki dünya qara dərviş
mir! – miras qaldı mənə keçmişim
əm! – əmrimə sadiqəm (bir də) 4x
Random Song Lyrics :
- porque te amo - chino y nacho lyrics
- looking for paradise - alejandro sanz lyrics
- quantos morros já subi - fundo de quintal lyrics
- marginal alado - charlie brown jr. lyrics
- grande amor - mara leite lyrics
- camila - sensus lyrics
- samba enredo 2019 - s.c.b.c império do lyrics
- xote laranjeira - os bertussi lyrics
- he will call - watch tower bible and tract society of pa lyrics
- hino de são pedro do butiá - hinos de cidades lyrics