piyada - f'rhyme lyrics
[bənd 1]
son 5 ildir ki, davam edən bu yuxusuz rejimdə
dünən gecə yenə beynimdəki zibilliyi eşirdim
və belə bir ‘’verse’’ tapdım (salam)
mən uşaq olan zaman anam 96 ‘’boom*bap’‘
ritmlər fonunda yelləyib beşiyimi
və kəlan vaxtdır, varam
“what’s up”, dilimdən zəkicə deşifrə olunmuş çeşidli şeirlər
və bu dünyaya dair daim yuxu qaçırdan nağıllar eşitdin
sən yatanları oyatma
bu qaranlığın təsviri heç bir rəssamın tablosunda boyanmaz
mədəmdən gələn gurultuya bənzər səslər kəsilər, əlbət
somalidə ən axırıncı ac qaqaşın qarnı doyanda
reperləri tərəziyə qoyanda heç biri
o deyil, çünki həmən oyam mən
və nəslimizdə nə qədər doğulmamış uşaq varsa
sürətlə peydahlanmağı gözləyir ki, hamısı sahib olsun soyadıma
mən ruhumu satandan, içimdəki o qəfəsdən qurtulub qaçandan
durdurub zamanı dibə vurduğum
və ətrafdakı qan iylənən vampirləri duyduğum zamanlar
məni anormallar anlar, qalanları isə
bu sətirlərdə susduğumu sananlardır
qurudub qurduğum xəyalları “b*tton”a basıb
pəncərədən duyğusuzca izləyirəm
az adam bilər ki, mən ki, mən azadam, mində birəm
hətta buynuzumda ulduzum da var
o, ay tutulduğunda parlar
eqon başını qudurdub yaman
‘’underground’’a anlam verə bilməyən pişiklər
mənim ‘’metrics’’imə tez girməsə, qapı dalında quyruğun qalar
və saxta təbəssümünü hülqumunda saxla, axmaq, qorxaq
hörmət eləyir görəndə ‘’круг’’unuz tapança
biz sənətçi, hörmət eləyir hamı ‘’круг’’umuzda ‘’punch’’a
‘’getmə, qal’’ *deyir huşum
əvvəldən qanuna, tabeliyə laqeyd bu şüur
sizin ehtimal nəzəriyyəsi ilə biixtiyarca
səmada qanad çırpan tale quşunuz
mənim daha ev quşumdur
hər şey qaydasında sandım, inandım və gördüm
qaydasında artıq, bir anlıq mən öldüm
ağlasığmaz hal bu reallıq hökmünün faydasız yalan olduğu
ət qəfəslər aynasında, gizli pərdə arxasında tapdım
üzünə baxdım, açığı, qorxdum
susub daha qasırğalar da, qışı əvəzləyibdir yaz
dayazda yazmaq əllərimdə torpağımı
dayazda qazmaq əllərimdə
ən dərinimə xas yükümü tərəziyə atsan
əsla maddiyyat tarazlamaz balansı, pas
koru özün oyadarsan, dolayı yolla sözüm ona çatsın
qarnı doyan baxsın, gözü doyan yatsın
Random Song Lyrics :
- waste my time - the crystal casino band lyrics
- headshot - 051 rosé lyrics
- message to onlyfans whores - foxlordhentai lyrics
- how did i end up in an art gallery - daboner lyrics
- no jokes left - alex ebert lyrics
- for once in my life - paul anka lyrics
- a valentine's lie (a magnum opus) - logan hughes (shadow logan show) lyrics
- açılır kozlar - atakan geniş lyrics
- finer things in life - hosier lyrics
- soltero - gotay "el autentiko" & nesi lyrics