dal parta - f'rhyme lyrics
[“dal parta” üçün mahnı sözləri]
[bənd 1: f’rhyme]
deyiblər, qanı qan silər
sonda çatmayıblar amma hasilə
silahları tullayıb verib hamı fasilə
səninsə darağında barıt azdır, блять
çoxu yarıpassiv ərgən
siz binalar mən “yamakasi”
sanmıram, ümidin qalıb azrep*ə
onlar danır, master kimdir? (kimdir?)
görsə, tanımaz belə
tanınsam, başlayarlar axtarmağa
ona görə partlamağa tərəddüdlüyəm azı bir kamikadze qədər
deyəsən, fikrimi tam izah eləmədim
əfsanəvi collab bu tam lap, “one love” (güman edirəm, qalxar)
təbii ki, bir alkaqoliki bardağa
dolu tərəfindən baxmamaq
daha çox incidər, axmaq
və bərbad həyatım
problem artar dayanmadan
götüm öyrəşib dal partaya
köhnə taktikam afrika bambaataa, ya
uşaqlarımı bu bərbad həyatı dadmadan
unitaza buraxdığım üçün bomba atayam
bunu yazmadım ki
hər kəlməmi əzbərində saxlayan ərgənlər
durub ön sıradan back verib
göt sıralar məni təngnəfəs*təngnəfəs
təzədən geri gəldim
əbəs yerə yığmışam kəlmə xəzinəmə söz
gəlib əngimə [?]
çatır hər kimə gec
mənə fərqi nə?
heç nəyi sikləməməyi yenə tərcih edib (hahah!)
senzura daxil jargon
suvenir, qızlar, pul və günəşli həyatı
eyni paraleldə sərgiləmək
böyük rəsimə kor baxan ortama görə
məncə, çox effektiv çərçivədir
dediklərimi standart azrep dinləyicilərinə tərcümə eləyin
siz zənci də deyilsiniz
aman allah
bu dalda yaşayan küçə itlərinin
burnu pul qoxusu alınca
boynunun həcmi
nədənsə adaptasiya oldu zəncirə tez
incimə, baby
“açıq mikrofon”a tam səmimi dediklərim
zamanla sintetik tərkibə keçmir
dedilər: “rep sən girən kol deyil”
no*name halda samanlı
bataqlığa daldığım anda
“adam bu adam” deyib “abart”dı hamısı
di gəl ki, mən heç buna beşdə birimi xərcləmirəm
qələmim neştərim
və deşmədiyim qalmayıb kəşf edib
mən ən böyük qorxunuzdan
beş betəri bir əcnəbinin
[nəqarət: uran]
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
ritm * qafiyə ahəngi
kəndin uşaqları zəngin
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
heç kəsə törətmir əngəl
iki nəslin rep cəngi
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
yerüstü dünyadır, yəqin
hamısı düşüb didərgin
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
otur yerinə, olma gərgin
yoxsa, dağılar əngin
[bənd 2: uran]
de, nə yapırsan, abi?
həyatda verilir hər şeyin hesabı
it çobanı, çoban da pul verən qəssabı
“çərxifələk tərsinə dönür” deyirdi sabir
sözünün sahibi verəndə “açıq mikrofon”a tam səmimi müsahibə
çatır hətta zahidə, uğursuz cahidə, bisavad cahilə
elə bil hər dəfəsində bu sahəni
poxlu göldən çıxarıram sahilə
müsaidə edin, daraq deyil barıtın yeri
güllə ilə maqazini səhv salanlar, qayıdın geri
iri çaplı mərmidə barıtdan başqa, başlıq əsas
izi tapılan hədəfi məhv edən ikibaşlı əza
ikibaşlı misal çatmırsa şagirdə
dartmışsa dəmiri “qaqaş”
qaldırıbsa ağ bayraq lagerdə
səngərdə dur dinlə
buradayam bax durbinlə
f*ck gündəm!
əsas haqq kimdə?
uzaq dur kindən
“манекен”ə money “king”dir
biz kimilər də cani tipdir
əsmə tir tir, ağzın kipdir
əks halda dur buradan təpdir
“google map” deyir, “hər yeri tapır”
öz evini tapmır, neçə ildir
texnikanı qatla sox
çün görmüşəm neçə birini (o, yea!)
at dalınca qaçır, lap dalını cırır
tapdalayın bunu
adı ilə şadlanıb cumur
onluq ovcuna, qoyur xurcuna
qoyma burcu da
oynaya bilməyən oyuna giribsə, bir şapalaq onun boyun borcudur
dili dinc durmur, beli qacınır
ehtiyacıdır
bilirəm, acıdır
bilirəm, göynədir
kəstiyim “mc”nin halı, gör, nədir?
bu stil düymə
bu stil köhnədir
göydə gedənlərə, görün, nə deyir?
[körpü: uran]
(boom! boom!)
klan kaspiana, gəl piyada
çünki hər bir halda
bu diyarda hər biri repi tədbir alıb
ixtiyar da ədəbi ixtiradır
“uran susub”, iftiradır
bu üsul təqdir olur
söz, rəsm irsi qalır
varsa iqtidarı, işdir, iztirab verərsə, etməyib israrı
al bu zənciri mismarla
[nəqərat: uran]
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
ritm * qafiyə ahəngi
kəndin uşaqları zəngin
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
heç kəsə törətmir əngəl
iki nəslin rep cəngi
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
yerüstü dünyadır, yəqin
hamısı düşüb didərgin
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
otur yerinə, olma gərgin
yoxsa, dağılar əngin
[sonluq: uran]
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
ritm * qafiyə ahəngi
kəndin uşaqları zəngin
(boom! boom!)
vurur yeraltı saatımın zəngi
heç kəsə törətmir əngəl
iki nəslin rep cəngi*
Random Song Lyrics :
- splunk!!! - splunk! lyrics
- rival (romanized) - lee jin hyuk (이진혁) lyrics
- we love you sketchy - y$57 lyrics
- pelado el chancho - diego lorenzini lyrics
- гугл мэпс (google maps) - группа 92 (group 92) lyrics
- if you're sad and blue - luca dvne lyrics
- חוסר שליטה - hoser shlita - erez yoffe - ארז יופה lyrics
- ain’t the kinda lovin’ i do - arctica the fox lyrics
- iii - гений - aminov lyrics
- need you to need me - concurt lyrics