ona - fariz qasımzadə lyrics
[bənd 1]
könül oğurlayan bir adı vardır
mələk deyil, amma qanadı vardır
siyah qaşlarının kölgəliyində
daima çırpınır iki göyərçin
[nəqərat]
qonaraq könlümün budaqlarına
hər gün şeir oxuyurlar onlar mənimçün
indi öz*özümə inanmışam mən
nə qədər bəxtiyar insanmışam mən
qonaraq könlümün budaqlarına
hər gün şeir oxuyurlar onlar mənimçün
indi öz*özümə inanmışam mən
nə qədər bəxtiyar insanmışam mən
[keçid]
amandır əsməsin tufan yelləri
solar eşqimizin qönçə gülləri
[bənd 2]
saçları andırır zərrin suları
tökülüb axdıqca omuzlarına
oxşayır bədəni, bəyaz əndamı
kölgədə bəslənmiş quzey qarına
[nəqərat]
qonaraq ömrümün budaqlarına
hər gün şeir oxuyurlar onlar mənimçün
indi öz*özümə inanmışam mən
nə qədər bəxtiyar insanmışam mən
qonaraq könlümün budaqlarına
hər gün şeir oxuyurlar onlar mənimçün
indi öz*özümə inanmışam mən
nə qədər bəxtiyar insanmışam mən
[çıxış]
amandır əsməsin tufan yelləri
solar eşqimizin qönçə gülləri
amandır əsməsin tufan yelləri
solar eşqimizin qönçə gülləri
Random Song Lyrics :
- credit - jxycee lyrics
- the rain - christine fellows lyrics
- unsaid - adam rivera lyrics
- hello, my dear - ben senses lyrics
- if i - les imprimés lyrics
- non stop - train fantôme lyrics
- ang pag-ibig talaga - janno gibbs lyrics
- boom boom - zonmai lyrics
- waduh - paper bows lyrics
- cant stop you - emahnee vee lyrics