
dön geriyə - fahree lyrics
ulduzlar qədər uzaqsan
bir işıq qədər yaxın
bəzən sanki, yad insansan
bəzən doğmadan yaxın
axı necə dəyişdik biz?
qurbanıyıqmı zamanın?
əriyib və isidərmi
o soyuq baxışların?
odur ki
dön geriyə, həyatım
gəl danışaq
qoruya bilmirəm mən sevgimizi tək başına
kaseti fırladaq geri
və yenidən gedək bu yolu qucaq*qucağa
odur ki
dön geriyə, həyatım
gəl danışaq
qoruya bilmirəm mən sevgimizi tək başına
kaseti fırladaq geri
və yenidən gedək bu yolu qucaq*qucağa
sənin gedişin mənə olub əzab, sınaq
gözlərimin yaşı sənin gözündən iraq
mənim xəyallarım dənizdə batıb qalar
artıq yorulmuşam, kömək et mənə, nə olar
gecələr uzun, nə qalır payımıza?
dərdimiz olan həyatımız da dönüb buza
gəl ya birlikdə qalib gələk, ya uduzarıq
odur ki
dön geriyə, həyatım
gəl danışaq
qoruya bilmirəm mən sevgimizi tək başına
kaseti fırladaq geri
və yenidən gedək bu yolu qucaq*qucağa
odur ki
dön geriyə, həyatım
gəl danışaq
qoruya bilmirəm mən sevgimizi tək başına
kaseti fırladaq geri
və yenidən gedək bu yolu qucaq*qucağa
(dön geriyə)
nə sən mənsiz, nə mən sənsiz olmur
(dön geriyə)
nə sən mənsiz, nə mən sənsiz olmur
Random Song Lyrics :
- абубандиты (abubandits) - jollo lyrics
- дура dura - твоя улыбка (tvoya ulybka) lyrics
- roses - see you next year & teezo touchdown lyrics
- lull ~soshite bokura wa~ - ray lyrics
- horizon - cydel feat. marc fichel lyrics
- fuck - zedned lyrics
- to i owo - majselo lyrics
- grumpy old man - live at electric lady - remi wolf lyrics
- rap sody - josi aron lyrics
- out from the nebula - necrotum lyrics