mənə dəniz verin - eyyub yaqubov lyrics
mənə dəniz verin, tənha qalmışam
o, mənə ən şirin sözlər deyəcək
mənə dəniz verin, bəlkə bu axşam
gur sular qapımı gəlib döyəcək
səhər açılanda, gecə düşəndə
mənə dəniz verin, qoy darıxmayım
gözümün yaşında islanım bir az
kədərli baxışla ona baxmayım
mənə dəniz verin, o, tənha qalıb
o, məni axtarır, məni gözləyir
gedirəm dənizə, dəniz mənimdir
o dəniz gözlərim səni gözləyir
mənə dəniz verin, o, tənha qalıb
o, məni axtarır, məni gözləyir
gedirəm dənizə, dəniz mənimdir
o dəniz gözlərim səni gözləyir
mənə dəniz verin, isinim bir az
onun gözlərinə qarışam bəlkə
tapım sularında göz yaşlarımı
orda taleyimlə barışam bəlkə
səhər açılanda, gecə düşəndə
mənə dəniz verin, qoy darıxmayım
gözümün yaşında islanım bir az
kədərli baxışla ona baxmayım
mənə dəniz verin, o, tənha qalıb
o, məni axtarır, məni gözləyir
gedirəm dənizə, dəniz mənimdir
o dəniz gözlərim səni gözləyir
mənə dəniz verin, o, tənha qalıb
o, məni axtarır, məni gözləyir
gedirəm dənizə, dəniz mənimdir
o dəniz gözlərim səni gözləyir
Random Song Lyrics :
- super chef 3 - ilovemakonnen lyrics
- chiaro di luna - dimax lyrics
- comply - shark lyrics
- magical field of miracles - greydeadrat lyrics
- house party - theunknxwn lyrics
- sticky situations - country dons lyrics
- искра (spark) - johny core lyrics
- sorry. - mood. (korean) lyrics
- vitre teintées - thahomey lyrics
- aba ve'aba - אבא ואבא - yaldey bet haetz - ילדי בית העץ lyrics