gecə düşüncələri - eyyub yaqubov lyrics
[bənd 1]
xoşladığım bir gecə, yerlər, göylər işıqlı
ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı
bunları seyr edərkən, bir az fikrə gedərkən
fikrim, hissim, xəyalım o qədər yüksəldi ki
[nəqərat]
mənə öylə gəldi ki, mənə öylə gəldi ki
bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
nə bu ucsuz*bucaqsız gözəl kainat olmuş
mənə öylə gəldi ki, mənə öylə gəldi ki
bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
nə bu ucsuz*bucaqsız gözəl kainat olmuş
[bənd 2]
gecə sakit, düşüncəm sakit deyildir fəqət
gözlərimin önündə canlandı hər həqiqət
xəyalım ənginlərə o qədər yüksəldi ki
mənə öylə gəldi ki, ilk dəfədir, kainat
dünyanı sellərində çalxayan bizim həyat
sağda*solda döyüşmüş, sonra yoluna düşmüş
sağda*solda döyüşmüş, sonra yoluna düşmüş
[nəqərat]
mənə öylə gəldi ki, mənə öylə gəldi ki
bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
nə bu ucsuz*bucaqsız gözəl kainat olmuş
[bənd 3]
nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl
seyr edəlim qol*qola bu zümrüd çəməndə, gəl
göy üzünə bircə bax, hər ulduz bir sarı gül
yarı qönçə, yarı gül, səni gördüm, xəyalım
o qədər yüksəldi ki, mənə öylə gəldi ki
bizə bu nazlı aləm görünərdi qaranlıq
gözəl çarpışmasaydı, gözəl yaşamasaydıq
[nəqərat]
mənə öylə gəldi ki, mənə öylə gəldi ki
bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
nə bu ucsuz*bucaqsız gözəl kainat olmuş
mənə öylə gəldi ki, mənə öylə gəldi ki
Random Song Lyrics :
- week ago - chief keef lyrics
- nobody else - mol$ lyrics
- don't u know i'm loc, oh man? - og loc lyrics
- how to play hangman - airospace lyrics
- 19 and crazy - remix - bomshel lyrics
- insallah ii - bebi dol lyrics
- shey aamar na - rabbi khan lyrics
- gatita pretty - alejo lyrics
- summer's ours - nate good & nic d lyrics
- revenge - spookyli lyrics