boş ver - eqo lyrics
[birinci hissə]
mövzudan uzaq olan adamlar var
küçələrdə qalanlar var
yenə gerçəyə bulaşan yalanlarla
ölən ölübdür, yaşayırıq qalanlarla
keçmişimizi yada salanlar var
bu günümə şükür, rəbbim
verilən hər suala cavablar var
amma danışmıram
demə : “nədir dərdin?”
de, qayıdacaq hansı gün geri
ki onu yaşamağa mənə vaxtım verin
ey! zaman dayanmır, gedir
həyat yaşamağa tələsən adamları sevir
kim burda kimin haqqını yeyir?
həqiqəti bilənlər susmağı seçib
kin, nifrət və şiddətin yeri
yatır insanın qəlbində, bunları keçin
ha ha ha! boş ver, sevgini paylaş sən
o geri qayıdacaq, əlbət
insanın içində vicdanı ayılarkən
yatanlar ayılacaq, əlbət
düz adam sayılacaq əllə
şərdən qoru bizi, pərvərdigar
bu qəlbən sənə olan inancım qədər səhvəm
məni bağışla hərdən…
[nəqarət] (x2)
əşi, boş ver (x3)
bu kimə xoş deyil
əşi, boş ver (x3)
hamısı boş şey
[ikinci hissə]
bakı elə bil bataqlıqdır
bizi çəksə də dibinə bu maraqlıdır
heyif! dənizin ortasında yaşayırıq
amma buralar quraqlıqdır
gələcəyimiz qaranlıqdır
alınan məvacib tək qarınlıqdır
qayğılıydı bakı, incimə
deyəsən yolumuzun sonu elə ayrılıqdır
ayrılırdıq tək*tək qardaş deyə biləcəyimiz o dostlardan
biz ayılmırdıq
bərk bərk deyirdik sağlığımıza elə tostlarda
indi toz bardaq, süfrələr köhnə dostları axtarır stolda
bakı gecdir, artıq hərə bir tərəfdə, bir şəhərdə
demə : “dost harda?”
qınamayın bizi, elə bilməyin millət xəbərsizdir
bizi gənclik dəyişə bilər amma təəssüf ki, gənclər həvəssizdir
mahnılar elə bil nəfəssizdir amma sətirlər təbiiki qərəzsizdir
buna səbəb sizsiz
biz ömürlük məhk*mlarıq amma ruhumuz qəfəssizdir
[nəqarət] (x2)
əşi, boş ver (x3)
bu kimə xoş deyil
əşi, boş ver (x3)
hamısı boş şey
Random Song Lyrics :
- lamp - she's lyrics
- şah ve mattım - mt beyazkin lyrics
- don't let go - spirit link lyrics
- fdo - ola runt lyrics
- cold in the summer - a star & c malone lyrics
- push your love - fifty fifty (피프티피프티) lyrics
- active, my dream - move mix - favorite blue lyrics
- stadt der 1000 tränen - fehlfarben lyrics
- delight - zeppet store lyrics
- cheboopizza time - askme & gitarakuru lyrics