yağış - elvin nasir lyrics
sözlər :
yağ ey yağış,ürəyim dağ ey yağış
bir tək sən yağanda ruhum olur sağ ey yağış
yağ ey yağış,bədənim palçığa dönsün
axı daşdandı bu şair içi torpağ ey yağış
yağ ey yağış,gözümdə göz yaşı tək
o köhnə sevgimizin xəyallarının üstünə yağ
yumşaq buluddu qəlbim özümsə heykəl adam
vərəqim daşdı,qələm yaşdı,şeir büstünə yağ
yağ ey yağış,yağ sən pəncərəmdə
səninlə axım gedim bəlkə onda bitər zülüm
bir gün yağsan əgər yarım olan yerlərə sən
icazə ver süzülən damlalarda mən süzülüm
yağ ey yağış,sənin də işin çətin
nə qədər yağsan belə qəlbimdəki od sönməz
bilirəm geri dönməzsən həminki buludlarla
o yar da mənə gəlməz,o yar da mənə dönməz
yağ ey yağış,nə olar yağ dayanma
yorulma yağ bir gün aşiqlər ağlamasın
və soruş yarımdan,qorxursa şimşəkdən
söylə buludlarına səs etməsin,çağlamasın
yağ ey yağış,içimdə həsrət tək
gör əgər soyuqdursa al yorğanı üstünə çək
yaddan çıxıbdırsa pəncərisini bağla yağış
çəkilib bir kənarda mənim yerimə ağla yağış
yağ ey yağış,gecələr həmdəmim ol
elə yağ göylərdən yerlərə bir leysan tək
əgər ki oyanmasam bir gecənin səhərində
aparıb şeirlərimi yarıma ver ehsan tək
yağ ey yağış,ürəyim dağ ey yağış
bir tək sən yağanda ruhum olur sağ ey yağış
yağ ey yağış,bədənim palçığa dönsün
axı daşdandı bu şair içi torpağ ey yağış
Random Song Lyrics :
- megane - sanza lyrics
- viajes astrales - kevv port lyrics
- mula - cataloe lyrics
- sweet baby jesus - jeff & sheri easter lyrics
- до утра (until morning) - alisha (rus) lyrics
- a vida é uma festa (remix) - xuxa lyrics
- hardcorowe wesele - małe miasta lyrics
- love me, just for the season - devon gabriella lyrics
- ledivalo - ibe lyrics
- gunned down - the game lyrics