həyat (xudayar təsnifi) - elvin nasir lyrics
sözlər :
dumanlı dağlarımın başındadır buludlarım
kor edir gözlərimi,qatı bir duman həyat
canımda canımı almış cansız bir bədənəm
sonuncu mənzilimdə məndən can uman həyat
üstümə cuman həyat yox sənə güman həyat
hisslərim buz tutubdur kədərlərin bəyaz qarında
gizlənib gülüşlərim dərdlərimin ahu zarında
elə bil dilənçiyəm bu dünyanın bazarında
verməyir nəzir həyat,lağ edib əzir həyat
məni atəşlərə atmış arxamca gəzir həyat
yoxmudur işin gücün,nə olar canımdan əl çək
məni məndən qoparmısan ki qalmışam yenə tək
şairəm dəli aşiq,əlimdə şeir,çiçək
qoparıb qıran həyat,şeirimi cıran həyat
yaşayır yenə ruhum bu dünyada cəfalarla
fəqirin gumanıdır ki yaşasın səfalarla
həyatın işi olmaz sədaqətlə vəfalarla
ki cövrü cəfa həyat,yoxundu vəfa həyat
əvvəli bələk beşikdir sonunda torpağ həyat
bizi zülmətlərə qəflət eləyir dustağ həyat
yaradıb gözüm yaşından sinəmdə bir dağ həyat
mən saralmış xəzanam,həmişə yaşıl yarpağ həyat
ya mənim ağlım itib,bəlkə də axmağ həyat
elə bil səmazənəm dövr edirəm dayanmadan
ürəyim qala bilmir artıq alovlarda yanmadan
yatıram saatlarla bir dəqiqə oyanmadan
o zaman itir həyat,elə bil bitir həyat
bəlkə də məni bitirib arzularına yetir həyat
bitərmi bu dünyanın dərdi görən bircə saat
olarmı ruhum dinc,olarmı canım rahat
bu dünya bir zindan,zəncirli bir qazamat
dərdlərə salan həyat,zalimə qalan həyat
xudayar tək oğulları bizlərdən alan həyat
Random Song Lyrics :
- send me down - haim lyrics
- you got to me - drankmore lyrics
- likewise - papoose lyrics
- what are you doing the rest of your life? - bill evans lyrics
- selva de pedra - edi rock lyrics
- to moje miejsce (powiedzmy, że intro) - maz x scor lyrics
- yeah (instrumental version) - usher lyrics
- burito aus mexico - burito lyrics
- manok na pula (bisaya version) - junel monceda lyrics
- roll on - jay rock lyrics