yenə yaz gələcək - elnur məmmədov lyrics
[bənd 1]
bu xəzan bitəcək
inan, gün gələr
dağlar, dərələr
açar gül*çiçək
yenə yaz gələcək
son ayrılıq salan
bizi soyudan
qar əriyəcək
dözsən bir az da
yenə yaz gələcək
[keçid]
sevda mövsümü
durnalarla qayıdacaq yenə
hər şeyə dözən sevgiləri
oyadacaq yenə
[nəqərat]
səni görüb mən yenidən
könül verəcəyəm
bir kimsəm yox səndən başqa
səni sevəcəyəm
bu payızı yıxa bilsək
yenə yaz gələcək
bircə qışdan çıxa bilsək
hər şey düzələcək
[bənd 2]
bu duman çəkilər
inan, gün gələr
bizi ayıran qara şübhələr
yox olar kölgələr
sən yazı gözləmə
gəlsin, gəlməsin
inan sevgiyə, sənin qəlbində
tək ümid ölməsin
[keçid]
sevda mövsümü
durnalarla qayıdacaq yenə
hər şeyə dözən sevgiləri
oyadacaq yenə
[nəqərat]
səni görüb mən yenidən
könül verəcəm
bir kimsəm yox səndən başqa
səni sevəcəyəm
bu payızı yıxa bilsək
yenə yaz gələcək
bircə qışdan çıxa bilsək
hər şey düzələcək
bu payızı yıxa bilsək
yenə yaz gələcək
bircə qışdan çıxa bilsək
hər şey düzələcək
bircə qışdan çıxa bilsək
hər şey düzələcək
bircə qışdan çıxa bilsək
hər şey düzələcək
Random Song Lyrics :
- you know - skaa lyrics
- free meek mill - lil chocolate lyrics
- hà nội xịn - lil knight lyrics
- vai dar o que falar - insanidade15 lyrics
- don't lose your guns - vigilantes of love lyrics
- my angel - helmut lotti lyrics
- versace - 18 karat lyrics
- animals - todrick hall lyrics
- laser beam - lil a$ music lyrics
- çöpteyim - yıldız tilbe lyrics