xoş gəlmisən, balam - eldar mansurov & baloğlan əşrəfov lyrics
[bənd 1]
ömrümün payızında
ilk bahar çiçəyimsən
sabahlara aparan
nurlu gələcəyimsən
bəxt ulduzu gəzirdim
doğan günəşim oldun
sən qürbətlər içində
canlı vətənim oldun
[nəqərat]
sən ümidlər çeşməsi
çağla, balam, coş, balam
yol gözləyən dünyama
xoş gəlmisən, xoş, balam
atamın adı səndə
mənim ağadadaş balam
çiçəyim şahinəyə
gəlmisən qardaş, balam
[bənd 2]
nəslimizi yaşadan
sən bir mayak olasan
elə*obaya gərəkli
ömrü çıraq olasan
böyüsün övladların
başımın tacı kimi
möhkəm olsun canları
dəmir ağacı kimi
[nəqərat]
sən ümidlər çeşməsi
çağla, balam, coş, balam
yol gözləyən dünyama
xoş gəlmisən, xoş, balam
atamın adı səndə
mənim ağadadaş balam
çiçəyim şahinəyə
gəlmisən qardaş, balam
sən ümidlər çeşməsi
çağla, balam, coş, balam
yol gözləyən dünyama
xoş gəlmisən, xoş, balam
atamın adı səndə
mənim ağadadaş balam
çiçəyim şahinəyə
gəlmisən qardaş, balam
mənim ağadadaş balam
Random Song Lyrics :
- reasons - nautical operator lyrics
- move (keep walking) - tobymac lyrics
- in your absence - senses fail lyrics
- fold - lowland hum lyrics
- patient picasso - chetta lyrics
- pop - blac youngsta ft. lil yatchy lyrics
- cassiopeia - layla lyrics
- emperor - vices to veils lyrics
- a kiss to build a dream on - tony bennett lyrics
- motion sickness - the road to milestone lyrics