sevgilim - eldar mansurov & arzu əliyeva lyrics
[bənd 1]
dəyişib fəsillər yerin elə bil
yetişmir bağların barı, sevgilim
sənsiz xəyalımı duman alıbdır
ərimir dağların qarı, sevgilim
dəyişib fəsillər yerin elə bil
yetişmir bağların barı, sevgilim
sənsiz xəyalımı duman alıbdır
ərimir dağların qarı, sevgilim
[nəqərat]
sənli günlərimi varaqlayıram
ötən xoşbəxtliyi soraqlayıram
sənsiz için*için hey ağlayıram
çəkilib gözümün nuru, sevgilim
çəkilib gözümün nuru, sevgilim
[bənd 2]
bu dünya gözümdə qış olub getdi
sevincim sənintək quş olub getdi
sanki ulduzlara qoşulub getdi
ömrümün sən adlı varı, sevgilim
bu dünya gözümdə qış olub getdi
sevincim sənintək quş olub getdi
sanki ulduzlara qoşulub getdi
ömrümün sən adlı varı, sevgilim
[nəqərat]
sənli günlərimi varaqlayıram
ötən xoşbəxtliyi soraqlayıram
sənsiz için*için hey ağlayıram
çəkilib gözümün nuru, sevgilim
çəkilib gözümün nuru, sevgilim
hey, sənsiz için*için hey ağlayıram
çəkilib gözümün nuru, sevgilim
çəkilib gözümün nuru, sevgilim
çəkilib gözümün nuru, sevgilim
çəkilib gözümün nuru, sevgilim
Random Song Lyrics :
- heart is a weapon - we are scientists lyrics
- nameless - jenchi lyrics
- i should have been a con man - avi vinocur lyrics
- grind - harold twist lyrics
- guwop. - 67 lyrics
- ma... - toto cutugno lyrics
- порча - sevn lyrics
- fluxo de favela 2 - mc topre lyrics
- never come back - organic lyrics
- señora melancolía - mina lyrics