lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

azərbaycan - eldar mansurov & arzu əliyeva lyrics

Loading...

[bənd 1]
mən elimin igid övladı
qəlbi bağlı vətənə
hər daşı doğma, əziz mənə

bu yurdun uca dağları
yaşıl gözlü bulaqları
nəğmə olub düşüb dilimə

[keçid]
bir övlad kimi borcluyuq
səni sevirik biz, mehriban ana vətən
dünəni, bu gün, sabahı
gələcəyi işıqlı, gözəl ana vətən

[nəqərat]
azərbaycan, sənə qurban canım
azərbaycan, sən mənim həyatım
damarımda daim axan qanım
azərbaycan, ürəyisən qafqazın

azərbaycan * üçrəngli bayrağım
azərbaycan * müstəqil torpağım
azərbaycan * əbədi nağılım
azərbaycan, ümidisən qafqazın
[bənd 2]
bu vətənin cəsur igidləri
xoş, zərif qızları
torpağa sadiq övladları

sərvəti şöhrət gətirən
elimin qara qızılı
dünyanı heyran edən ölkəm

[keçid]
xoş səsin gəlir cahanda
bu gün odlar diyarını tanıyır hər kəs
yazılıb uğur adına
vətənin nurlu sabahları heç vaxt bitməz

[nəqərat]
azərbaycan, sənə qurban canım
azərbaycan, sən mənim həyatım
damarımda daim axan qanım
azərbaycan, ürəyisən qafqazın

azərbaycan * üçrəngli bayrağım
azərbaycan * müstəqil torpağım
azərbaycan * əbədi nağılım
azərbaycan, ümidisən qafqazın
[keçid]
ana yurdum mənim
ömrüm, günüm mənim
canım ana vətənim

şirin duyğum mənim
sevgim, odum mənim
candan əziz vətənim
candan əziz vətənim

[nəqərat]
azərbaycan, sənə qurban canım
azərbaycan, sən mənim həyatım
damarımda daim axan qanım
azərbaycan, ürəyisən qafqazın

azərbaycan * üçrəngli bayrağım
azərbaycan * müstəqil torpağım
azərbaycan * əbədi nağılım
azərbaycan, ümidisən qafqazın

Random Song Lyrics :

Popular

Loading...