lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

səncə mən - daniz [aze] lyrics

Loading...

[bənd 1]
bizi ayıran bəhanələri düşün
yenə xəyalına dalıram
açıq pəncərələr, ümidlərim üşüyür
amma eşqinə yanıram

döyünür ürəyim yenə adını eşidib
səhərdən gecə yarısına
bu kimin əsəridir, de, kimin işidir?
gəlib eşqin qapısına?

[nəqərat önü]
ayrılığı qoyub evimin önünə
qaçırsan məndən niyə?
yalvarır eşq gedərkən ölümə
(de mənə)

[nəqərat]
səncə, mən
səninlə olan hər şeyimlə
dönmüşəmmi gecədən?
səncə, sevgidən qalanı
parça*parçalara bölmüşəmmi gecədən?
səncə, mən
gördüyüm eşq olanı yalanı
gözlərimdə böyüdüb
atıb özümü bu sevginin üstündən yerə
ölmüşəmmi gecədən?
[bənd 2]
səni tapıram ümidlərimi itirib
gözlərində qalıram
davam edəkmi bəs ayrılığı bitirib?
özümü yuxuda sanıram

döyünür ürəyim yenə adını eşidib
səhərdən gecə yarısına
bu kimin əsəridir, de, kimin işidir?
gəlib eşqin qapısına

[nəqərat önü]
ayrılığı qoyub evimin önünə
qaçırsan məndən niyə?
yalvarır eşq gedərkən ölümə
(de mənə)

[nəqərat]
səncə, mən
səninlə olan hər şeyimlə
dönmüşəmmi gecədən?
səncə, sevgidən qalanı
parça*parçalara bölmüşəmmi gecədən?
səncə, mən
gördüyüm eşq olanı yalanı
gözlərimdə böyüdüb
atıb özümü bu sevginin üstündən yerə
ölmüşəmmi gecədən?

Random Song Lyrics :

Popular

Loading...