lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

haram - cymilo lyrics

Loading...

[giriş]
(ya) vədinə xilaf çıxmadın, verdiyim haqqı almadın
ey, olmadın layiq, xain, fani, qadir hər şeyə
mən modern, sözlərim tən*tən düzülür
düşmədi dildən, yemədi, halaldır həbdən
dərdlər buraxmır yapışıb bərkdən, ‘’god d*mn’’

[nəqərat]
gələcək boğazından, çalış, haram eləmə
dolub ağır yük əllər
buna çiyin dözəmməz
gördüyün əməllərin səni boğa bilərlər
sonradan gec ola bilər
çalış, haram eləmə

gələcək boğazından, çalış, haram eləmə
dolub ağır yük əllər
buna çiyin dözəmməz
gördüyün əməllərin səni boğa bilərlər
sonradan gec ola bilər
çalış, haram eləmə

[bənd 1]
öldürdük, çəkdik, içdik, dəfələrlə öldük ard*arda
dalğalar batırmadığı gəmi, ona küləklər neylər?
bizlə gələnlər vardı, onlar çəkildi qeybə
sağındakı mələklər, bəzən sənə yalan deyirlər
sənə ancaq məsləhət, tayfan tanınır xəyanətlə sənin
boğuldun, qaldın dibdə, öyrəndin, axır, tək imişsən
nifrət gəmirir iliyə qədər, onların şərəfi sürünür yerlərdə
yaralarımı açıb*açıb basdım duz
heç kim əritmədi, mən də çəkildim özümə

[xor]
öldür, silah, bıçaq, yara
bulan qana, pullar çamadana
günah, fəsad, böhtan, yalan
eləmədən düşün dua yaradana

öldür, silah, bıçaq, yara
bulan qana, pullar çamadana
günah, fəsad, böhtan, yalan
eləmədən düşün dua yaradana

[bənd 2]
çoxu düşdü gözümdən
doydum yalan gülümsəməyə
yanıldım bir çox səfər
tapdığım ümidlər də öldülər

yalana dözürəm mən hələ
sevgini nifrətlə hədələ
yalnız gəzirəm gecələr
beyini fikrə buraxıb gedirəm
[nəqərat]
gələcək boğazından, çalış, haram eləmə
dolub ağır yük əllər
buna çiyin dözəmməz
gördüyün əməllərin səni boğa bilərlər
sonradan gec ola bilər
çalış, haram eləmə

gələcək boğazından, çalış, haram eləmə
dolub ağır yük əllər
buna çiyin dözəmməz
gördüyün əməllərin səni boğa bilərlər
sonradan gec ola bilər
çalış, haram eləmə

Random Song Lyrics :

Popular

Loading...