rəf - badclause music lyrics
[bənd]
sanırdım hәr dәrdimә dәvadır yoldaşım daima
hәlә dә peşmanam ki, kaş düşünüb daşınsaydım
ilk dәfә aşiq olanda yolun әn başındaydım
uşaqlığımı axtaranda artıq 20 yaşımdaydım
… gecikmişdim. çıxırdı daşdan hәr işim
baş verәn hәr yeni tәrkediş ağlıma qәrq olub, itir
zamanlar, nöqsanlar dәyişir, insanlar dәyişir
gәlәndә xoş qonaq gәlir, gedәndә dәrd olur gedir
neçə*neçə həyat oxudum, neçə səhifəni əzbərlədim
içimdə ahu*nalə qopur, fikri uzaq aparmayın
var olan hər doğmama əsər yazıb, qibtə eylədim
bax indi, həmin rəfdə kitab qalmayıb…
neyləsin getməsin indi, gözümün nuru, ilahi?
nə qədər göz yola baxsın? qalıb intizar içində…
elə üzmüş ahu*zarım, məni ruzigar içində
ki, görən bu ahu*zarı qalır ahu*zar içində
… axı mən cahana misafir
hicran ölüm ilə yeksan, gülümsə bir mənə xatir
nazlı*qəmzəli o dilbər olub şeirimə şamil
artıq iki ildir ki, gülmür o şair…
camalı dərdə bürünmüş afətin gözləri nəmli
gözümə baxan gözünlə necə süzdün özgələrini?
xətrimi pərişan görüb dar günün seyrinə gəldin
səni şərh edən əllər qürbətdədir, şeiri vətəndir
eyib eləsəydin, puç olardı taxt və tacın
bəlkə də zəhər qoxan ruhuma dua, şərbət əlacım
şairin qırılsın əlləri, ya şeir dəftəri yansın
ki, yazsa birdə nakam eşqə namə, aləm utansın
yenә hәminki gün olsaydı, güzәran olsaydı
ağarza kimi qardaş, şeir gözlü gözəl yar olsaydı
eşqi qəlbə xəta, qardaşa canı fəda
olmazdı həminki əda, yarın saçını hörən mən olsaydım
Random Song Lyrics :
- hooked on bluegrass - junior sisk lyrics
- e-girl soliloquy - headtrip lyrics
- não dá - ph ferrari lyrics
- fantastic - blame my youth lyrics
- i tan't wait till quithmuth day - mel blanc lyrics
- kan ve de ter - murda (deu) cakal lyrics
- pretty things - kat hasty lyrics
- round & round - karsen 940 lyrics
- magmute bellacasta - cresspo castellano lyrics
- winner winner - ronny e lyrics