bir gün - badclause music lyrics
[bənd 1]
içmək unutdurmadı ayıq vaxtların dərdlərini
nəyisə düzəltməkdən, dəyişdirdi həyat şərtlərimi
apardı daha da çətinliklərdən çətinliklərə
problem özümdəymiş, anladım ki, tək çətinlik mənəm
dərində qəlb parçalanır, vərəqdə son qalıqlar
bu son etirazım… bu son darıxmaq…
dəyərdən düşürdü sevgi mövzuya toxunmadıqca
şək!llər də azalırdı adiləşdikcə doğmalıqlar
gözləmirdim, kəsdi bir düzü yüz əyri
üzləşmək istəmədiyimiz bir anda üz*üzəydik
o qədər söz verdi ki, çox dəyişdi sözünün əyni
mən ona “özün bilərsən” deyəndə, özgəsi yox, özü biləydi (kaş)
təklik oturub indi eşqin taxt*tacında
dedi ki, çıxıb gedirəm, dedim, vaxt o vaxtdır, qal yanımda
sözlərini anlayıram susan dodaqlarından
bilirdim artıq gec olduğunu son dəfə baxmağından
dualar yarım qaldı, dedilər səbir əlacdır
həyatda bir arzum var idi, ona da sənlə çatdım
düzəltmək istərdim, problemi bilsəm mən, açığı
eyni masada üz*üzə oturmuşuq, amma əlim əlinə çatmır…
ağırlığının qarşısında sərt sözlər incəlir
həyatında nə dərd varsa, hamısı göstərir məni
intizar aşsa həddi, qəlbi qırıb*töksə yerlə bir
sənsiz neylərəm? * deyirdi, neylədiyini özü də bilmədi
axır vaxtlar içinə düşdüyü bu vəziyyətdən aciz
bağlanıb əli*qolu, dustaq özündə, dinməz olub (heyif)
özgəsinə qismət olan cahu*cəlalım
göz yaşın o yara sata bilmək üçün silməz olub (çox heyif)
(mənsə) fikirdən fikrə düşürdüm
o, məni parçalara böləndə mən hisslərimi bölüşürdüm
həyat var ki, yaşanır, həyat var, onu illər çürüdür
indi yazdıqlarım gələcək hisslərimə ibrətçündür
[bənd 2]
o bilmir soyuq divarlarını sığınacaqların
ayna arxasında məhk*mluğum dəhşət hal alıb
bir gün olmayacaq sabah, üstümə yıxılacaq damım
o gündən sonra susmayacaq heç vaxt ağlamaqları
eşqin cəfası xoşsa, onu könüldə saxlamalı
həsrət dilə gəlməlidir, qaldıqca daha da qalır
o ürəyini sıxdıqca getdiyim yollar daralır
göndərdiyimlə bir deyildi heyif, mənə qayıdan halı
yanımda olmaq əvəzinə, yadımdan çıxmağa çalışırdı
sözlə saraylar tikirdim, o isə yıxmağa çalışırdı
dediyimi anlamırdı, bir daha, bir daha danışırdım
mən öz təkliyimə qarışdıqca o insanlara qarışırdı…
gözümün önündəydi hər şey, şahidi mən
zahiri şən görünsə də, daxildə pis əhval, bilirəm
ötürdü gün*gecələr “sağ ol”*lar, “vida”*lar ilə
o həddə gəldi ki, şeirlər üz döndərdi şairinə
bir anlıq gülər üzüm, o an yarsa məndən qəm istər
dönməz, heç baxmaz belə, daşsa sərdən dənizlər
bilmək istəmədiyim həqiqət varsa, məndən də gizlət
qurudu cənnət bağım, qaldı nə yasəmən, nə nərgizlər…
yox onsuz sonumuz, axır*əvvəl olmayacaq
dağıtdığı saçlarını hörən əllər olmayacaq
illər ötəcək, unudulacam, yadında qalmayacam
bir gün hər şey yaxşı olacaq, o gün mən olmayacam
Random Song Lyrics :
- willows - wes on acid lyrics
- civic sitting - eddie teak lyrics
- dmain - hamzo bryn lyrics
- truffa del codino - €uroardo lyrics
- jibaro - azul y negro lyrics
- gekoyogekoyo - muki rai lyrics
- way way - zk (dk) lyrics
- echelons (most high) - ya minko lyrics
- room without a flame - cataldo lyrics
- take me home tonight - bulletboys lyrics