qaçaq nəbi - azerbaijani folk song lyrics
folkor:
“bozat” səni sər*töylədə bağlaram
and içirəm sənə məxməl çullaram
əgər məni bu davadan qurtarsan
qızıldan gümüşdən səni nallaram
nəbi nin buğları eşmə*eşmə di
papağı güllədən deşmə*deşmə di
nəbinin atını bir at keşmədi
qoy sənə desinlər ay qaçaq nəbi
həcəri özundən ay qoçaq nəbi
gün çıxıbdı gün*ortanın yerinə
həcər xanım qalxdı atın belinə
əşrəfi mirvarı düzüb telinə
mənim bu günümdə gəlsin nəbi
qazamat damını dəlsin nəbi
qoy sənə desinlər ay qaçaq nəbi
həcəri özündən ay qoçaq nəbi
***
şəhriyar:
dur! qəfəs qapısın bir açaq nəbi
bu sınıq qanatla bir uçaq nəbi
ay qoçaq nəbi ay qoçaq nəbi
qazamat istidir yata bilməyəsən
*n*lar beşiyin ata bilmisən
öz ata yurdunu ata bilmisən
qeyrətin qurbani ay qoçaq nəbi
ay qoçaq nəbi ay qoçaq nəbi
onbeş il kafirin zülmünə dözdün
o nəqşə çəkdikcə nəqşəsin pözdün
indiki obadan eldən əl üzdün
qəm yükün çatmışam dur köçaq nəbi
ay qoçaq nəbi ay qoçaq nəbi
dörtbir*dörəmizi saldatlar aldı
qələlər ucaldi qaranlıq saldı
zindanın ışıqsiz günəşsiz qaldı
himmətin ucadir, dam alçaq nəbi
ay qoçaq nəbi ay qoçaq nəbi
Random Song Lyrics :
- party & bullshit 2003 (remix) - rah digga lyrics
- 4n way - 8 утра* (snippet 22.06.23) - 4n way lyrics
- cento sere - comar (ita) lyrics
- respect - ayorashawn lyrics
- you’re in my head again - kevin george lyrics
- 28/10/2013 io dico no alla violenza contro agli animali! - maisie lyrics
- emo anthem (wonder) - d slay lyrics
- carole baskin* - imagine creativity lyrics
- days in the field - chris janson lyrics
- las estrellas - warcry lyrics