
gecələr keçir (karaoke version) - aygün kazımova lyrics
səhərə nə qalir ? ulduzlar sönür
səhərin yollari gecədən keçir
üfüqdə bir solğun şəfəq görünür
bu da bir qəribə gecədir keçir
bir gecə səninlə çəkildik bağa
bağ yazıq nə desin sevən qonağa?
gördünmü ay necə baxır ocağa
elə bil alovdan nur çəkir keçir
gecələ bu iliq gecəni məndə
yada sal olanı keçəni məndə
gecələ hər gecə gecəni məndə
deyirsən gedirəm gecədir gecdir
bir gecə səninlə çəkildik bağa
bağ yazıq nə desin sevən qonağa?
gördünmü ay necə baxır ocağa?
elə bil alovdan nur çəkir keçir
bağa gəlim gecələ gecəni məndə
gizlətmə olanı keçəni məndən
səni ayrı salan gecəmi məndən
onun nə günahı gecədir keçir
bir gecə səninlə çəkildik bağa
bağ yazıq nə desin sevən qonağa?
gördünmü ay necə baxır ocağa
elə bil alovdan nur çəkir keçir
Random Song Lyrics :
- charity helps beggars on the streets of saigon - new lyrics
- better safe than sober - the honkytonk wranglers lyrics
- cheetah - poizon lyrics
- hora di bem - zeca di nha reinalda lyrics
- патрики (patricks) - neki lyrics
- mamy tak samo - janek. (pol) lyrics
- drunk freestyle (lelli kelly) - $ulee (grc) lyrics
- paparazzi - mjpaid & fordio lyrics
- 80's kid - letters from suburbia lyrics
- miss you blood - mozzy lyrics