qəlbimin səsi - aygün bəylər lyrics
[bənd 1]
daima düşünür xəyalım səni
dilimdən düşməyir ismin bir an da
sözümün hər biri bağlanıb sənə
sən mənim nitqimin nida yerisən
daima düşünür xəyalım səni
dilimdən düşməyir ismin bir an da
sözümün hər biri bağlanıb sənə
sən mənim nitqimin nida yerisən
[nəqərat]
qəlbimdən çıxara bilmirəm səni
səninlə damarda axır qanım da
könlüm də, canım da fədadır sənə
sən mənim ruhumun qida yerisən
sən mənim ruhumun qida yerisən
[bənd 2]
sanıram daima yanımda səni
tənhalıq zamanı sükut olanda
ürəyim boşluqda hayqıran zaman
sən mənim könlümün səda yerisən
sanıram daima yanımda səni
tənhalıq zamanı sükut olanda
ürəyim boşluqda hayqıran zaman
sən mənim könlümün səda yerisən
[nəqərat]
qəlbimdən çıxara bilmirəm səni
səninlə damarda axır qanım da
könlüm də, canım da fədadır sənə
sən mənim ruhumun qida yerisən
[çıxış]
fəxarət hissiylə anıram səni
yolumdan dönmərəm, gəl, versəm can da
əzəldən bağlıdır varlığım sənə
sən mənim qürurumun əda yerisən
fəxarət hissiylə anıram səni
yolumdan dönmərəm, gəl, versəm can da
əzəldən bağlıdır varlığım sənə
sən mənim qürurumun əda yerisən
sən mənim nitqimin nida yerisən
sən mənim ruhumun qida yerisən
Random Song Lyrics :
- zero - marina maximilian lyrics
- seperti dulu - arkalara lyrics
- ама хасала [черно-белый (2018)] - n-p-underground lyrics
- figures & facts iv - flowzus lyrics
- overthinking it - willow lyrics
- the interview - e.l lyrics
- what's love? - aaron aye lyrics
- concentração - 1kilo lyrics
- low comunication - stokka & madbuddy lyrics
- my way - rk bottom line lyrics