özün günahkarsan - aygün bəylər lyrics
[bənd 1]
illər boyu həsrətimi duymaz oldun
illər boyu kədərimi bölmədin də
çox vaxt güldüm ağlayaraq için*için
bircə sözlə göz yaşımı silmədin də
soyuqluğun buz olanda yanağımda
nəfəsinlə başqasını isitmisən
sənsizliklə yaşadıqca otağımda
sən də məni bir otaqda itirmisən
[nəqərat]
bəs bilmirdin, həsrətinlə ürəyimə
həsrətinin əvəzinə daş asırsan?
bəs bilmirdin, özün mənə yad olduqca
mənimçün də yavaş*yavaş yadlaşırsan?
soyuqluğun buz olanda yanağımda
nəfəsinlə başqasını isitmisən
sənsizliklə yaşadıqca otağımda
sən də məni bir otaqda itirmisən
[bənd 2]
yad baxışlar dikilibdir gözlərinə
sənsə mənə peşman qəlb gətirmisən
necə verim sabahımı, necə sənə?
sən ki mənim dünənimi itirmisən
nə deyim, nə? bir ummandın mənim üçün
heç xəbərin olubmudur ürəyimdən?
damla kimi yaşadıqca özgə qəlbdə
gözlərimdən damla*damla süzülmüsən
[nəqərat]
bəs bilmirdin, unutdun bu gününü
bir gün yenə bu ocağa dönəcəksən?
bəs bilmirdin, dodaqlarda alışanda
mənim üçün ürəyimdə sönəcəksən?
nə deyim, nə? günahını qaytar mənə
ürəyimdə yanar bir od söndürmüsən
damla kimi yaşadıqca özgə qəlbdə
gözlərimdən damla*damla süzülmüsən
bəs bilmirdin, həsrətinlə ürəyimə
həsrətinin əvəzinə daş asırsan?
bəs bilmirdin, özün mənə yad olduqca
mənimçün də yavaş*yavaş yadlaşırsan?
soyuqluğun buz olanda yanağımda
nəfəsinlə başqasını isitmisən
sənsizliklə yaşadıqca otağımda
sən də məni bir otaqda itirmisən
[çıxış]
deyirsən ki, dəyişmişəm, yadlaşmışam
səsimdə də bir ögeylik duydun mənim
unutma ki, unutma ki, ögeyliyim, yadlaşmağım
həm günahın, həm cəzandır indi sənin
həm günahın, həm cəzandır indi sənin
özün günahkarsan… özün günahkarsan
günahkarsan…
Random Song Lyrics :
- through the looking glass - killah priest lyrics
- highs and lows - joshua's giants & pat soul lyrics
- no one's listening - ultra-violence lyrics
- vegas (remix) - belo b lyrics
- trips - inoha lyrics
- pick yourself up - martha skye murphy lyrics
- nosebleeds - emily rowed lyrics
- дырка (dirka) - baklvn lyrics
- too many - al green lyrics
- robins - xhris2eazy lyrics