sən yox, mən idim - araz imanov lyrics
[bənd 1]
sən getdin… mən pəncərədən durub sənə baxırdım
səni hələ görə*görə səninçün darıxırdım
öpüşünün yeri hələ istiydi dodağımda
mənsə sənsiz darıxırdım pəncərə qabağında
[nəqərat]
sən döngəni burulanda ürəyim lap sıxıldı
elə bildim, bircə anda pəncərədən yıxıldım
[bənd 2]
yox, mən ki öz yerimdəydim, o yıxılan nəydi bəs?
bu ömürdən birdəfəlik o yox olan nəydi bəs?
o yox olan ömrümüzün bu günü, saatıydı
bu günün rəngi, qoxusu, bu günün öz dadıydı
[nəqərat]
sən gedirdin təzə*təzə görüşlər ümidində
mən bilirdim həmişəlik ayrılırıq bu gündən
[bənd 3]
mən bilirdim; bu gün axşam məni səfər gözləyir
başı üstdə ulduz yanan bir yad şəhər gözləyir
ömrün təzə səhifəsi açılırdı qabaqda
amma sənə bircə sətir yer yoxdu o varaqda…
[nəqərat]
sən mənimçün daha ötmüş, bitmiş bir dünən idin
sən gedirdin… bilmirdin heç, gedən sən yox, mən idim
sən mənimçün daha ötmüş, bitmiş bir dünən idin
sən gedirdin… bilmirdin heç, gedən sən yox, mən idim
sən gedirdin… bilmirdin heç, gedən sən yox, mən idim
Random Song Lyrics :
- precaución, esta canción es un hechizo. - villano antillano lyrics
- мои люди (my people) - клим московский (klim moskovsky) lyrics
- быть прoстo прохожим - tweett lyrics
- illusion - girls rituals lyrics
- acércate - desse lyrics
- aking habang buhay - moira dela torre lyrics
- newlife - lil thy lyrics
- out on the road again - artist lyrics
- adolescent hobo's anthem - 37 cents lyrics
- traphood - raxx & albintadon lyrics