sakit olun - ali moreno lyrics
[nəqərat]
sakit olun, dəyməyin, gedir vaxtım mənim
toxunmayın mənə, olmasın qara baxtım mənim
sevgilim atıb, vurub o taxtdan məni
taxta əyləşib başqası, amma haqqım mənim
[bənd 1]
sevgimizin səsidir, gedir tik*tak saat kimi
həyatın keşməkeşli yollarını asan bilir
gəlin susaq, danışmayaq, guya o rahat biri
sevgiyə bax, aciz olub, o, qəlbimə ‘’yarat’’ deyir
gülümsəyib keçirəm yanından, amma səsləmirəm
səhərlər açılmır, sənsiz yenə mən gözləyirəm
hissiyyatı ölüb onun, pıçıldadım hisslərinə
bundan sonra mən ondan xeyir*duanı istəmirəm
[bənd 2]
sevgimi yaza*yaza qələmlə hissi boğdum
getdim sənə gəldiyim yolları, amma sən orada yox idin
döndüm arxaya ki, bir səs gəlir, sənin səsin
baxdım, qürurdur o, ‘’gəlmə’’ deyir, o, yoxdur, dostum
sənin mənə hədiyyən tək gülümsəməkdir
doğum günüm gəlir, tək keçəcək sənsiz, deməkdir
zəng edib ‘’salam, necəsən?’’ deyə soruşma, nə olar
sənin nəfəsin mənə ‘’hələ də səni sevirəm’’ deməkdir
[nəqərat]
sakit olun, dəyməyin, gedir vaxtım mənim
toxunmayın mənə, olmasın qara baxtım mənim
sevgilim atıb, vurub o taxtdan məni
taxta əyləşib başqası, amma haqqım mənim
Random Song Lyrics :
- #shmoke freestyle- produced by @metroboomin - @wizard_of_ounce (rhymesight) lyrics
- a.w.t.a - nankoo lyrics
- que reste t il de nos amours ? - franoise hardy - alain bashung lyrics
- skandalemakere - gatas parlament lyrics
- broken home - baliva lyrics
- desafiando o gigante - leandro marques lyrics
- zip lxck - yxungrxnin lyrics
- fire in the booth - loyle carner lyrics
- days - cool ghouls lyrics
- when big joan sets up - captain beefheart & his magic band lyrics