lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uçurtma - ali ashikar lyrics

Loading...

[giriş: rua]
bağlanıb ən dərinə enə bilərəm
baxanda əllərinə, elə ki, denən
bəs nələr çalır bəstələr?
amma hər səhər olur, tərs nəsə

[bənd 1: rua]
ətrin gələndə döngədən
mən hiss edirəm hələ də öncədən
indi səbəb deyil bax dönüb gedən
son söz, geri qalanını ömür elə

nə isə nə, bitib artıq, nə isə nə
göz qapaqlarım yumulur tək sənə
mən layiq olmadım heç əhsən*ə
kaş ki, bizi ayıranlar ölsələr

biri var desəm ki, ölər səsinlə
diri yanır elə adam özləməsiylə
sevən birinə hələ “döz” deməsinlər
gedin ona deyin * heç gözləməsin də

bilənlər bilir, söz eləməsinlər
çətin ki, aramız gözləmə isinər
daş ürəkliyəm, mən gizlənib hisslər
şair adamı sevmək ürək istər
[nəqərat: rua]
ovuclarımdan uçub gedən bir uçurtma (uçurtma)
getsən əgər, yol alaram, yolumun üstü uçuruma (uçuruma)
əl*ələ gedək gəzək, hər kəs görüb qısqanar
bəs nələr çalır bəstələr?
amma hər səhər olur tərs nəsə

[keçid: ali ashikar]
bağlanıb ən dərinə enə bilərəm
baxanda gözlərinə deyə bilərəm
bax, hədər oldu bəstələr
amma hər səhər olur tərs nəsə

[bənd 2 ali ashikar]
dolandı zaman
əqrəb dönürdü soldan sona
şeirlərim sənə məndən qalan
sevə bilməmişəm heç ondan sonra

gözlər kimi…
yollar məni belə aparır hara?
gəl, ey səhər, gəl, gəl ki, oyansın
nurlu günəş yerə başdan sona

onu sevirdim uşaqlıqdan
sevgi nədir belə bilmədən özüm də
gözdən öpmək ayrılıq salır
bilməmişdim ilk öpəndə gözündən
elə də çox şey ağlımda deyil
bəzi şeylərdə düzəlmir ki
mən incidərdim, sən küsərdin
həmin anda da mənə tökərdin kin

[nəqərat: ali ashikar]
ovuclarımdan uçub gedən bir uçurtma (uçurtma)
getsən əgər, yol alaram, yolumun üstü uçuruma (uçuruma)
əl*ələ gedək gəzək hər kəs görüb qısqanar
bax, hədər oldu bəstələr
amma hər səhər olur tərs nəsə

Random Song Lyrics :

Popular

Loading...