günahkar ulduzlardır, pt. 2 - ali ashikar lyrics
[bənd]
ulduzlar donsalar da, mən onlarla danışıram
elə çox vurğunam ki, onların hər naxışına
hər şeyi buraxdım mən zamanın axışına
həyat müharibədir, zamanla yarışıram
odur ki, qal yanımda nə qədər ki, gec olmayıb
“yanındayam” deyən insan, yanımda hec olmayıb
sənə bir sirr verim ki, geri dönməyə üzün olsun
birinə dönmək üçün heç bir zaman gec olmayıb
köhnə dostlarımın, sevdiyimin yeri görünür
hara getsəm də səninlə, qayıdıb eyni yerə dönürük
bu üzdən çamadanları yığ ki, gedək bir dəfəlik
yanımıza almadan heç, aparmadan bir nəfəri
kimləri ayrı saldın?
fərhadı şirinindən, məcnunu leylisindən
əslini kərəmindən, səni də məndən ayrı saldı
sən olmasa idin….
olardı hər şey ayrı, bəlkə də mən yanılmazdım
kaş solardı dərdiyim hər gül, ətrinə oyanmazdım
ürəyim közərib hisslərimlə, kül olub o yanmazdı
səni bir başqası ilə görsəm belə, inanmazdım
o qədər sevdim səni, sus ki, səsin duyulmasın
barmaq uclarında gəz ki, xatirələr oyanmasın
bizi zaman ayrımasın, saniyələr dayanmasın
mən başa sala bilməsəm də, istərəm ki, o anlasın
[nəqərat]
günahkar ulduzlardır
kiçik bir arzum vardı
diləyim sən idin, amma olmadı
düşmədin ovuclarım boş qaldı
sən və mən birgə
yaşlanaq bu ömür keçdikcə
ən gözəli də sənsən içindən
parladın və səni seçdim mən
unutma ki…
günahkar ulduzlardır
kiçik bir arzum vardı
diləyim sən idin, amma olmadı
düşmədin ovuclarım boş qaldı
sən və mən birgə
yaşlanaq bu ömür keçdikcə
ən gözəli də sənsən içindən
parladın və səni seçdim mən
unutma ki…
Random Song Lyrics :
- see you - butdan lyrics
- things i miss the most (live from the beacon theatre) - steely dan lyrics
- + 18 - uniksy lyrics
- талант (talent) - mexchild lyrics
- designer - reflex time lyrics
- on en reparlera - hös copperfield lyrics
- uptown girl - minus 2 lyrics
- anjos e demônios - tchelo rodrigues lyrics
- shook - dieserbuddha lyrics
- what to do - forrest day lyrics